Fact-info.az-ın məlumatına görə, bu barədə Trend-ə politoloq, Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Darya Qrevtsova bildirib.
Politoloq bildirib ki, müharibədəki ciddi məğlubiyyətə baxmayaraq, Paşinyan yenə də seçkilərdə qalib gəlib, çünki Ermənistan xalqı artıq müharibə istəmir:
"O, kommunikasiyanı bərpa etmək, inkişafı istəyir və çoxları bunun yalnız Azərbaycanla birgə işləmək və əlaqələri bərpa etməklə mümkün olduğunu başa düşür. Xalq həm Koçaryan, həm də Sarkisyan tərəfindən təcəssüm etdirilən müharibənin əleyhinə səs verib. Xalq yeni dəyişikliklər və daha yaxşı bir həyat istəyir. Xalq yeni dəyişiklər və daha yaxşı həyat istəyir.
Gərginlik səviyyəsinin kifayət qədər yüksək olmasına baxmayaraq, partiya və Paşinyan özü səslərin əksəriyyətini, yəni 54 faizini toplayaraq liderliyini ələ aldı və 20 faizlə rəqibi Robert Koçaryanı geridə buraxıb. Təbii ki, bu qədər böyük fərq Ermənistanın özündə də hadisələrin bundan sponrakı inkişafına təsir göstərəcəkdir".
Onun sözlərinə görə, Ermənistandakı seçkilərin nəticələri Robert Koçaryanın "Qarabağ klanı"nı təmsil edərək müharibəyə çağıran bütün revanşistlər və radikal ünsürlərin azlıqda olduqlarını nümayiş etdirib:
"Erməni xalqı heç bir inqilab, dəyişiklik və seçki nəticələrinə yenidən baxılmasını istəmir, əksinə öz dövlətinin xeyrinə bundan sonraki fəaliyyəti və inkişafı istəyir".
Baxış sayı: 645
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
BCAW2026 features roundtable on climate financing

