FACT-INFO.AZ » AKTUAL » Şuşa Bəyannaməsi Azərbaycan və türk diasporlarının birgə fəaliyyəti üçün ciddi hüquqi əsaslar yaradıb - Fuad Muradov
20-06-2021, 08:50 | AKTUAL
Şuşa Bəyannaməsi Azərbaycan və türk diasporlarının birgə fəaliyyəti üçün ciddi hüquqi əsaslar yaradıb - Fuad Muradov

Fact-info.az həmin mənbəyə istinad edərək Fuad Muradovla müsahibəni təqdim edir:

- Azərbaycan və türk diasporlarının son üç ildə birgə fəaliyyətinin genişləndirilməsi üçün hansı işlər görülüb?

- Son illər xaricdə yaşayan azərbaycanlıların fəallığı, beynəlxalq ictimaiyyətə müraciətləri, keçirilən aksiyalar, hər iki ölkənin diasporlarının birgə tədbirləri bütün dünyada əks-səda doğurub və ortaq diaspor fəaliyyətini daha da sürətləndirib. Azərbaycan və türk diasporları arasındakı əlaqələrin möhkəmlənməsi, kommunikasiyanın təkmilləşdirilməsi üçün həyata keçirilən tədbirlər öz bəhrəsini verir və bu, gələcək fəaliyyətimiz, yol xəritəmiz üçün olduqca vacibdir. İki ölkənin diasporlarının ötən 3 ildə həyata keçirdiyi ortaq layihələr, fəaliyyətlərini mərkəzləşdirmələri Şuşa Bəyannaməsində Azərbaycan və türk diasporlarının birgə fəaliyyəti ilə bağlı nəzərdə tutulan müddəaların yerinə yetirilməsi üçün sarsılmaz təməl formalaşdırıb.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında 2018-ci ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin diaspor məsələlərinə məsul dövlət qurumlarının və təşkilat rəhbərlərinin Türkiyədə görüşü təşkil edilib, koordinasiya və əməkdaşlıq imkanları müzakirə olunub, "Türk Şurası Türkdilli Diasporların Birgə Fəaliyyət Strategiyası" və “2018-2019-cu illər üzrə türkdilli diasporların birgə fəaliyyət planı” qəbul edilib.

Görüşün yekununda Diasporla İş üzrə Dövlət Komitəsi, Qazaxıstan Respublikasının Vətəndaşlar Fondu və Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar İdarəsi arasında diaspor siyasəti sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu görüş və imzalanan mühüm sənədlərin həyata keçirilməsi nəticəsində türkdilli ölkələrin diasporlarının birgə fəaliyyət imkanları daha da artıb.

Diasporla İş üzrə DK-nın təşkilatçılığı ilə Azərbaycan və türk diasporlarının ABŞ-ın Nyu York və Almaniyanın Berlin şəhərlərində keçirilən birgə toplantıları fəaliyyətimizin mərkəzləşdirilməsində və səmərəsinin artmasında əvəzsiz rol oynayıb.

Bu yaxınlarda Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü, YTB və Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan və türk diaspor təşkilatlarının fəaliyyət istiqaməti” mövzusunda təşkil olunan vebinarda hər iki ölkənin diasporunun həm qlobal, həm də regional müstəvidə birgə fəaliyyət mexanizmləri müzakirə olunub. Mövcud problemlər, habelə beynəlxalq çağırışlara uyğun olaraq, əməkdaşlıq perspektivləri barədə aparılan belə müzakirələr Yeni yol xəritəsinin cızılmasında əvəzsiz rola malikdir.

Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəisi Abdullah Erenin Ermənistan silahlı qüvvələrinin Gəncədə törətdiyi dağıntı və cinayətin izləri ilə tanış olmaq üçün ölkəmizə səfəri ən çətin məqamlarda bütün türk dünyasının birliyinin bariz nümunəsi idi. Diasporla İş üzrə DK ilə təşkil olunan görüşlərin birində A.Eren belə bir fikir səsləndirmişdi:” Türk milləti dünyanın harasında olursa olsun, hər zaman bir və bərabərdir, dost və qardaş can Azərbaycanın yanındadır”. Ümumiyyətlə, iki qurum arasındakı möhkəm əlaqələr, həyata keçirilən ortaq layihələr, müştərək fəaliyyət daha da genişlənir və bu əməkdaşlıq artıq səmərəsini verir.

- Şuşa Bəyannaməsində Azərbaycan və türk diasporlarının birgə fəaliyyətinə dair ayrıca bənd var. Bəyannamədən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün hansı işlər planlaşdırılıb?

- Müxtəlif ölkələrdə yaşayan Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, xalqlarımızın məruz qaldıqları ümumi problemlər qarşısında birlik və həmrəylik nümayişi üçün ortaq Yol xəritəsi üzərində işləyirik. Şuşa Bəyannaməsi Diasporla İş üzrə Dövlət Komitəsinin vəzifələrini, Azərbaycan və türk diasporlarının birgə fəaliyyəti sahəsindəki məsuliyyət və öhdəliklərini daha da artırmaqla yanaşı, iki ölkənin diasporunun birgə faliyyəti üçün ciddi hüquqi əsaslar yaradıb.

Türkdilli ölkələrin diasporlarının birgə layihələrinin intensivləşdirilməsi üçün yeni, daha səmərəli və dayanıqlı platformalar üzərindən lazımi addımlar atılacaq, ciddi işbirliyinə nail olmaq üçün mühüm strateji proqramlar hazırlanacaq.

Bu gün bütün dünyada azərbaycanlıların Koordinasiya Şuraları, Azərbaycan evləri fəaliyyət göstərir. Yaxın gələcəkdə ortaq Koordinasiya Şuralarının, eləcə də ortaq evlərin yaradılması üzrəində işləmək, gücümüzü birləşdirmək niyyətindəyik.

Bu gün bütün dünya “yumşaq güc”dən istifadə edir və diaspor da əsl “yumşaq güc”dür. Son illərə qədər təşkilatlanmanın arzuolunan səviyyədə olmamasına görə, bizim diasporumuz zəif görünə bilərdi. Əslində isə, Azərbaycan və türk diasporları göründüyündən daha böyük və daha güclü potensiala malikdir. Bu gün ölkəmizin diaspor siyasəti bu gücün tam mənası ilə ortaya çıxmasında əvəzsiz rol oynayır. Şuşa Bəyannaməsində nəzərdə tutulan müddəaların reallaşması türkdilli ölkələrin diasporlarını sözün həqiqi mənasında daha təsirli “yumşaq güc”ə çevirəcək.

Zaman göstərdi ki, ümummilli lider Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" müdrik kəlamı, Murtafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, Azərbaycan Prezidenti İlham Əliyevin “Bir millətin iki diasporu olmaz” deyimləri diasporlarımızın da fəaliyyəti üçün yol göstərən mayakdır.




Baxış sayı: 907
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30