FACT-INFO.AZ » XƏBƏR » Ana dilimizin tədqiqinə töhfə
17-06-2021, 18:15 | XƏBƏR
Ana dilimizin tədqiqinə töhfə

XX əsr sözün əsl mənasında bu sahədə böyük nailiyyətlər əsri adlandırıla bilər. Həqiqətən də, bu əsrdən bir çox türk xalqının dili akademik səviyyədə araşdılmağa başlanıb və xeyli elmi nəticələr əldə edilib. Təəssüf doğuran məqam budur ki, həmin araşdırmalar lokal xarakter daşıyıb və ümumi bir türk dili və ləhcələri kontekstindən məsələyə nadir halda yanaşılıb.

Qətibə Mahmudovanın "Müasir türk dillərində sözyaratma üsulları" adlı əsəri məhz bu sahədəki boşluqları dolduracaq elmi nailiyyətlərdəndir. Sözyaratma üsullarına ümumi türk dili prizmasından yanaşan müəllif uğurlu bir işə imza atıb. Bəzən ümidverici bir elmi mövzu tədqiqatçının diqqətini çəkir. Nəticədə, bəzən möhtəşəm reklam adları ilə ortabab əsərlərdən daha mühüm əsər ortaya çıxır. Və dərhal vurğulamaq lazımdır ki, qarşımızda təsirli bir mənbə bazasına və müəllifin dərin analitik işinə əsaslanan möhkəm elmi araşdırmamız var. Geniş elmi dövriyyəyə zəngin faktiki material təqdim edən müəllif dünyagörüş aspektindən yayınmır.

Girişdə ayrıca vurğulanır: "Bildiyimiz kimi, qərb dünyası elm və texnikada əhəmiyyətli dərəcədə uğurlar qazanmışdır. Yeni kəşf və icadlar, xüsusilə informasiya texnologiyasındakı yeniliklər Qərbdən türkdilli ölkələrə güclü sürətdə yeni söz axınına şərait yaratmışdır. Bəzən bu sözlər olduğu kimi qəbul olunub dildə işlənmiş, bəzənsə, bunlara qarşılıq kimi yeniləri yaranmışdır".

Qətibə Mahmudova həm strateji hədəflər, həm də real nəticələr baxımından, çoxşaxəli bir mövzu araşdırıb.

Nəticədə mükəmməl, möhkəm, ehtiyac duyulan bir kitab ərsəyə gəldi. Təhsil prosesinə də çox uyğundur və universitetlərdə türkologiya istiqaməti üzrə olan fənn dərslərində dərslik kimi çıxış edə bilər. Eyni zamanda, türk dilləri qrammatikasıyla ilə "sadəcə" maraqlananların müraciət edəcəyi əsərlərdən biridir.

Hər hansı bir elmi araşdırmanın effektivliyi və səmərəliliyi tədqiqatçının bilik dərəcəsindən asılıdır. Tədqiqatçı tədqiqatın əsas mövzusunun təhlili və diaqnoz səviyyəsini məntiqi olaraq qurur və qarşıya qoyulmuş məqsədə çatmağa çalışır. Qətibə Mahmudovanın son kitabında əsas xətlər kifayət qədər əsaslandırılmış şəkildə göstərilib. Söz yaradılığına və üsullarına, eləcə də vasitələrinə xüsusi diqqət yetirilir. Monoqrafiya konstruktiv və praktikdir.

Kitabın quruluşu bir-biri ilə əlaqəli iki fəsil şəklində təqdim olunur. Dili səlis və axıcıdır.

Birinci fəsildə nəzəri və metodoloji məsələlərdən bəhs olunur. Söz yaratma üsullarının fonetik, morfoloji, sintaktik tərəfləri geniş işqlandırılır.

Müəllif əsərin birinci fəslində problemi ətraflı şəkildə işıqlandırdı. Həm sözyaradıcılığı probleminin dünya dilçiliyində qoyuluşu, həm türk dillərində məsələnin araşdırılması müəllif baxış bucağını dilə gətirdi.

"Müasir türk dillərində fonetik yolla sözyaratma" adlanan yarımfəsildə müəllif türk dillərində sözlərin kökündə mövcud olan səs dəyişimləri haqda bəhs edərkən vurğulayır ki, bu dəyişimlər sözyaratmaya gətirib çıxarır ki, bunun da qədim bir tarixi vardır. Doğrudur, müəllif bu üsulu artıq türk dilləri üçün aktual hesab etməsə də, bu üsulun araşdırılmasını problemin dərindən öyrənilməsində vacib addım hesab edir.

Müəllif yazır: "Mürəkkəb sözlərin sadələşmə meylində səs düşümündən, səslərin əvəzlənməsindən, səslərin yerdəyişməsindən bəhs edilir. Yəni mürəkkəb sözlərin sadələşməsində fonetik yolla söz yaradıcılığı da rol oynayır. Maraqlıdır ki, burada fonetik yolla sözyaratma sanki başqa bir sözyaratma üsulunun reallaşmasında rol oynayır. Məsələn, alıbbar-appar- apar".

Göründüyü kimi, Qətibə Mahmudova məsələni dərindən araşdırıb və vicdanlı bir tədqiqatçı kimi qarşısına qoyduğu məqsədə, vurğulamaq istədiyi məqamlara məsuliyyətlə yanaşıb.

İkinci fəsildə müəllif türk dillərində sözyaratma proseslərinə toxunub. Qeyd edək ki, müəllif bu fəsildə də qarşısına qoyduğu məqsədə çata bilib. Proseslər dərindən izlənilib və ən əsası, düzgün nəticələr əldə edilib.

Sözyaratma proseslərini müxtəlif aspektlərdən işıqlandıran alim konversiya kimi mühüm məsələni də tədqiqat dışında qoymayıb və doğru istiqamətdə yol alıb. Məsələnin araşdırılması mürəkkəbliyi ilə fərqlənir, proseslərin daha dərindən əsaslandırılması diqqəti cəlb edir.

Qətibə Mahmudova əsərin sonunda qeyri-məhsuldar üsullara toxunmaqla əslində, gələcəkdə istifadə edə biləcəyimiz passiv fondun vacibliyini bir daha vurğulayıb.

Müəllif sözyaratma üsullarının inkişaf xüsusiyyətlərini düzgün qeyd edir və bu səbəbdən də xüsusi vurğulamaq istərdim ki, bu işin əhəmiyyəti danılmazdır.

İlahə QURBANLI

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru




Baxış sayı: 858
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30