FACT-INFO.AZ » AKTUAL » Rafiq Quliyev: “Yaradıcı insan kimi, erməni vəhşiliyinə hiddətimi bildirirəm”
9-06-2021, 17:20 | AKTUAL
Rafiq Quliyev: “Yaradıcı insan kimi, erməni vəhşiliyinə hiddətimi bildirirəm”

Xatırladırıq ki, O, 1956-cı ildə Cəbrayıl rayonunun Quycaq kəndində anadan olub. Rafiq müəllim, yurd itkisinə məruz qalan insan kimi, yaradıcı şəxs olaraq bu ağrıları hər zaman yaşayıb.

Bugünkü söhbətimizdə Rafiq müəllim, Ermənistanın Azərbaycana təcavüzündən, ermənilərin mina soyqırımından və digər məqamlardan danışıb:

-Azərbaycanın işğaldan azad olunmuş Kəlbəcər rayonunda ikisi media əməkdaşı olmaqla, üç nəfər mülki şəxsin həlak olması və bir neçə mülki şəxsin yaralanması ilə nəticələnən ən son mina partlayışı Azərbaycan cəmiyyətində həddindən artıq narahatlıq yaradıb. Bu törədilən cinayət birbaşa beynəlxalq humanitar hüququn açıq şəkildə pozulmasıdır. Düşünürəm ki, günahkarlar dərhal ədalət mühakiməsinə cəlb olunmalıdır.Təəssüf hissi ilə qeyd edirəm ki, beynəlxalq təşkilatların susması beynəlxalq hüququn effektivliyini şübhə altına alır və insan hüquqlarının davamlı olaraq pozulmasına şərait yaradır. Bu minalar həmin əraziləri ziyarət etmək istəyən hər bir şəxs üçün böyük təhlükə mənbəyidir. Azərbaycanda ötən yeddi ay ərzində 140-dan çox insan minaya düşmüş, 27 mülki şəxs mina partlaması nəticəsində həlak olmuşdur. Bu cinayətə görə Ermənistanın siyasi və hərbi rəhbərliyi məsuliyyət daşıyır. Dünyada insan hüquqlarının təminatçısı olduğunu iddia edən beynəlxalq təşkilatlar növbəti itkilərin qarşısını almaq məqsədilə mina xəritələrini Azərbaycana təqdim edilməsi üçün Ermənistana qarşı təzyiqləri artırmalıdırlar.

-Müharibə bitsə derməni təxribatə heç zaman bitməyəcək. Belə vəhşi toplumla daha nələri etmək gərəkdir?

-Heç bir azərbaycanlı belə dəhşətli mənzələrə etinasız yanaşa bilməz. O cümlədən yaradıcı insanlar da belə ağrılı mənzərələrə biganə qala bilməzlər. Müharibə bitib. Ancaq təxribatlar davam edir. Mənim qənaətimcə, ermənilərin mina terroru cavabsız qalmamalıdır. Bu vəhşi qəbilənin əməlləri, terrorçuluğa hər zaman meylli olmaları göz qabağındadır. Erməni vəhşiliyini dayandırmaq üçün Dəmir Yumruq daim düşmənin başının üstündə olmalıdır. Niyə görə Ermənistan mina xəritələırini Azərbaycan tərəfinə vermir? Bu gün didərgin düşmüş Azərbaycan vətəndaşların işğaldan azad olunmuş öz torpaqlarına qayıdışını ləngitmək üçün və digər çirkli məqsədlər naminə ermənilər mina terrorunu davam etdirirlər. Bütün ictimaiyyət, beynəlxalq aləm bu məsələ də susmamalıdır. Hər kəs haqqı müdafiə etməli, erməni vəhşiliyinə qarşı öz hiddətini bildirməlidir. Ermənilərin mina soyqırımı yalnız Azərbaycanın əleyhinə deyil. Bu, ünumilikdə insanlıq əleyhinə davam edən vəhşilikdir. Mən yaradıcı insan kimi, erməni vəhşiliyinə hiddətimi bildirirəm.

Fact-info.az




Baxış sayı: 1 288
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30