Son aylarda azad edilmiş ərazilərdə xeyli sayda ağac tingləri əkilib, yaşıllıqların, yeni meşə zolaqlarının salınması istiqamətində davamlı işlər aparılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Mərkəzləri bu məqsədlə yeni və müxtəlif növ ağac tinglərinin yetişdirilməsi prosesini daha da sürətləndirib.
Ağcabədi Regional Meşə Təsərrfüatı Mərkəzinin rəhbəri Cahid Məmmədov Trend-in Qarabağ bürosunun çəkiliş qrupuna bildirib ki, əvvəlki aylarda xeyli ting yetişdirilib və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə azad edilmiş ərazilərdə əkilib.
Tinglərin çoxaldılması və bölgədə yaşıllıqların salınması istiqamətində işlər sürətlə davam edir. Bundan başqa, digər ətraf rayonların yaşıllaşdırılması, həmçinin baramaçılığın inkişaf etdirilməsi üçün tut tinglərinin də becərilməsi qarşıda duran əsas vəzifədir.
Baxış sayı: 726
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

