Bu sözləri Böyük Britaniya parlamentində Azərbaycan üzrə Qrupun sədri, deputat Bob Bləkmən AZƏRTAC-ın müxbirinə verdiyi müsahibəsində deyib.
“İşğaldan azad olunmuş Kəlbəcər rayonunda ötən gün tank əleyhinə minanın partlaması nəticəsində ikisi jurnalist olmaqla, 3 nəfər mülki şəxsin həlak olması xəbəri məni dərindən kədərləndirib. Hərbi əməliyyatların sonlanmasına baxmayaraq hələ də insanların həyatını itirməsi üzücüdür. Gələcəkdə bu kimi insan itkisinin qarşısının alınması üçün Ermənistan tərəfi minalanmış ərazilərin xəritələrini dərhal Azərbaycan tərəfinə təqdim etməlidir”, - deyə o əlavə edib.
Bob Bləkmən, həmçinin bu kimi halların bölgədə davamlı sülhün bərqərar olunmasına maneə törətdiyini qeyd edərək beynəlxalq ictimaiyyətin baş verənlərə lazımi reaksiya verəcəyinə ümid etdiyini bildirib.
Baxış sayı: 707
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

