Azərbaycanın Moldovadakı səfirliyindən 525.az-a verilən məlumata görə, Moldovanın nüfuzlu informasiya saytları Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən yazır ki, erməni tərəfi həm hərbçilərin, həm də mülki əhalinin həyatı və təhlükəsizliyi üçün ciddi təhlükə yaratmağa davam edir.
Həmçinin ölkənin aparıcı xəbər portallarında Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun hadisə ilə bağlı şərhi yayımlanıb. “Azərbaycan jurnalistlərinin öz vəzifə borclarını yerinə yetirərkən həlak olmasına görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür.
Beynəlxalq ictimaiyyət Ermənistanı minalanmış ərazilərin xaritələrini Azərbaycan tərəfinə verməsinə məcbur etməlidir”, - deyə səfir qeyd edib.
Moldovanın ictimai xadimləri də bu hadisəyə laqeyd qalmayıblar. Moldova parlamentinin deputatı,parlamentin milli təhlükəsizlik komissiyasının sədri Sergey Sırbu və deputat, demokrat partiyasının parlamentdə fraksiya sədri Dmitru Dyakov sosial şəbəkədə öz səhifələrində hadisələrin isşıqlandıralması istiqamətində demokratik cəmiyyətin formalaşmasında KİV nümayəndələrinin rolunu qeyd edərək, hadisəni qətiyətlə pisləyiblər, dünya ictimaiyyəti və beynəlxalq təşkilatlatları bu bölgədə yaşayan bütün xalqların təhlükəsizliyi naminə Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək və beynəlxalq hüquqa riayət etmək üçün tədbirlər görməyə çağırıblar.
Yazılan xəbərlərlə daha ətraflı aşağıdakı linklərdən tanış olmaq mümkündür:
https://deschide.md/ru/russian_news/externe_ru/86299/Азербайджанские-журналисты-погибли-подорвавшись-на-мине.htm
https://noi.md/ru/v-mire/azerbajdzhan-obvinil-armeniyu-v-gibeli-dvuh-zhurnalistov-v-karabahe
https://ava.md/2021/06/05/4-iyunya-azerbaydzhanskie-zhurnalisty/
https://noi.md/ru/v-mire/azerbajdzhanskie-zhurnalisty-podorvalisi-na-mine-v-nagornom-karabahe
https://dosug.md/ru/news/1455962/
https://dosug.md/ru/news/1456084/
https://m.facebook.com/492720590853401/posts/3844090315716395/
https://m.facebook.com/story.php?story_fbid=4441737122525715&id=100000684132183
Baxış sayı: 783
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

