FACT-INFO.AZ » SİYASƏT » BMT-nin Xüsusi Sessiyasında azərbaycanlı mütəxəssislərin təqdimatları dinlənilib
6-06-2021, 08:10 | SİYASƏT
BMT-nin Xüsusi Sessiyasında azərbaycanlı mütəxəssislərin təqdimatları dinlənilib

Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsindən verilən məlumata görə, sessiya çərçivəsində Azərbaycan Respublikasının təşəbbüsü ilə qeyri-kommersiya təşkilatlarından korrupsiya, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi məqsədləri ilə sui-istifadə edilməsi mövzusunda paralel tədbir keçirilib.

Tədbirin açılışında Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev çıxış edərək qeyri-kommersiya təşkilatlarının və xeyriyyə fondlarının dayanıqlı inkişafın təmin olunmasında əhəmiyyətli rol oynadığını, bununla belə, bu cür qurumların fəaliyyətinə məhdud nəzarətin yekunda onlardan bəzilərinin korrupsiya, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi kimi cinayətkarlıq fəaliyyətlərinə cəlb olunmasına gətirib çıxardığını qeyd edib.

Tədbirdə Beynəlxalq Valyuta Fondunun, BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin, Liverpul Universitetinin, Avropa Qeyri-Kommersiya Hüququ Mərkəzinin və Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin (MMX) mütəxəssislərinin təqdimatları dinlənilib və interaktiv müzakirələr aparılıb.

Çıxışçılar öz təqdimatlarında xeyriyyə fondlarından sui-istifadənin qarşısının alınması məqsədilə xüsusi qaydaların hazırlanmalı olduğunu, bəzi xeyriyyə təşkilatları tərəfindən cinayətkarlıq əməllərinin maliyyələşdirilməsi məqsədilə virtual valyutalardan və internetin nəzarətsiz seqmentindən istifadə edildiyini, bəzi bank və digər maliyyə qurumlarının bu cür fəaliyyətlərə vasitəçi olaraq alət edildiyi və digər məqamları xüsusi vurğulayıblar.

Tədbirdə çıxış edən MMX-nin nümayəndəsi Ermənistan və Azərbaycan arasında baş vermiş 44 günlük müharibə dövründə xaricdə fəaliyyət göstərən erməni diaspor təşkilatları tərəfindən 170 milyon ABŞ dollar məbləğində vəsait toplandığını və bunun 110 milyon ABŞ dolları məbləğində hissəsinin qanunsuz olaraq Ermənistan büdcəsinə köçürüldüyünü qeyd edib. Bu faktın Ermənistanın yüksək səviyyəli rəsmiləri, o cümlədən baş naziri tərəfindən də etiraf edildiyini və müxtəlif ölkələrin vətəndaşlarından humanitar yardım adı altında aldadılaraq toplanmış və Ermənistanın dövlət büdcəsinə köçürülmüş bu vəsaitin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində əvvəllər yerləşdirilmiş qanunsuz silahlı birləşmələrin silahlanmasına sərf olunduğunu vurğulayəb.

Tədbirdə BMT üzv dövlətlərinin XİN-lərinin və BMT yanında Daimi Nümayəndəliklərinin əməkdaşları, beynəlxalq təşkilatların və QHT-lərin nümayəndələri iştirak etmiş və interaktiv müzakirələrə töhfə veriblər.




Baxış sayı: 729
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30