FACT-INFO.AZ » XƏBƏR » QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Kəlbəcərdəki təxribatla bağlı bəyanatı
4-06-2021, 18:10 | XƏBƏR
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Kəlbəcərdəki təxribatla bağlı bəyanatı

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının Kəlbəcərə ezam olunmuş KİV nümayəndələrinin və digər mülki şəxslərin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində həlak olması və yaralanması ilə bağlı hadisəyə mövqeyini bildirmək məqsədi ilə təcili iclası keçirilib.

İclasda çıxış edən Müşahidə Şurasının üzvləri hadisə zamanı həlak olmuş şəxslərin yaxınlarına başsağlığı verib, yaralananlara Allahdan şəfa diləyiblər. Eyni zamanda çıxış edən şəxslər hadisəni törətmiş Ermənistanın bu hərəkətini kəskin qınayıb, iclasın yekunu olaraq Müşahidə Şurası adından müvafiq bəyanat qəbul edilib. Bəyanatda deyilir:

“İyunun 4-ü, saat 11:00 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “KamAZ” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Azərbaycan Televiziyasının operatoru Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AzərTac-ın müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Ermənistanın silahlı qüvvələri beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini, xüsusilə 1949-cu il tarixli Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozaraq minaladığı ərazilərimizin xəritəsini verməməklə vətəndaşlarımıza qarşı hərbi cinayət əməllərini davam etdirir. Baş vermiş hadisə təkcə mülki şəxslərə qarşı hərbi cinayət deyil, o cümlədən, peşə fəaliyyətini həyata keçirən media nümayəndələrinə edilən açıq terror aktıdır.

2020-ci ilin 10 noyabr tarxində imzalanmış üçtərəfli bəyanata uyğun olaraq işğal altında olan Kəlbəcərin boşaldılması tarixinin Ermənistan rəhbərliyinin xahişilə humanistlik göstərilərək əlavə 10 gün müddətinə uzadılmasından sui-istifadə edən qarşı tərəf rayonu boşaldarkən kütləvi halda əraziləri minalamaqla ağır cinayət törədiblər. Bu səbəbdən, təəssüf ki, indiyədək, yəni müharibə başa çatdıqdan sonra azad edilmiş ərazilərdə 130-a yaxın şəxs mina partlaması nəticəsində həlak olub və yaralanıb. Bunların arasında çoxlu sayda mülki şəxs, o cümlədən peşə fəalyyətini yerinə yetirən media nümayəndələri də vardır.

Biz, Müşahidə Şurasının üzvləri Beynəlxalq Təşkilatlara, media təsisatlarına, jurnalistlərin hüquqlarını müadfiə edən qurumlara müraciət edir, onları Ermənistanın bu hərbi cinayətini qəti şəkildə pisləməyə, minalanmış ərazilərin xəritəsini dərhal Azərbaycana təqdim edilməsini Ermənistandan tələb etməyə çağırırıq”.




Baxış sayı: 743
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30