FACT-INFO.AZ » SİYASƏT » “Regionun perspektivli inkişafı üçün əməkdaşlıq və sülhə​ alternativ yoxdur”
4-06-2021, 07:45 | SİYASƏT
“Regionun perspektivli inkişafı üçün əməkdaşlıq və sülhə​ alternativ yoxdur”

Fact-info.az-ın 525.az-a istinadən məlumatına görə, bunu Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev XXIV Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumu çərçivəsində keçirilən ​ “Postcovıd dövründə Avrasiya regional əməkdaşlığı” adlı panel müzakirədə çıxışı zamanı bildirib.

“Münaqişənin həlli nəticəsində əvvəllər işğal olunmuş Azərbaycan əraziləri azad olunub. Postmüharibə dövrü regionda əməkdaşlıq, qarşılıqlı ticarət,​ kommunikasiyaların açılması və yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün yeni imkanlar açır. Azərbaycan gələcəyə baxır və öz gələcəyini Cənubi Qafqazın vahid inteqrasiya olunmuş regionun bir hissəsi kimi planlaşdırır”, deyə Ş. Mustafayev vurğulayıb.

Azərbaycan baş nazirinin müavini Cənubi Qafqazda nəqliyyat layihələrinin reallaşdırılmasının ən vacib məsələlərdən biri olduğunu söyləyib: “Mən Azərbaycan, Rusiya və​ Ermənistan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci bəyanatlarını xatırlatmaq istəyirəm. Bu bəyanatlara əsasən, regionun bütün iqtisadi və nəqliyyat əlaqələri açılmalıdır. Hesab edirik ki, bu, bütün Cənubi Qafqaz​ ölkələrinin, eləcə də yaxın qonşularımızın və tərəfdaşlarımızın - Rusiya, Türkiyə və İranın maraqlarına cavab verir. Hesab edirik ki, Cənubi Qafqaz regionunun nəqliyyat və iqtisadi əlaqələrinin açılması bütün ölkələrə, xüsusilə də Orta Asiya ölkələrinə sərfəli olacaq. Azərbaycan məlum bəyanatların tam icra olunmasına, eləcə də regionda dayanıqlı sülhüm və təhlükəsizliyin təmin olunmasına, postmünaqişə vəziyyətinin normallaşmasına və bütün fikir ayrılıqlarının diplomatik vasitələrlə həllinə sadiqdir. Regionun perspektivli inkişafı üçün əməkdaşlıq və sülhə​ alternativ yoxdur”.

Ş.Mustafayev Azərbaycanın işğaldan azad olunan ərazilərdə artıq bərpa işlərinə başladığını da bildirib: “Həmin ərazilərdə infrastruktur layihələri həyata keçiririk, avtomobil magistralı tikirik, üç aeroportun inşası nəzərdə tutulub, bunlardan ikisi artıq tikilir, birinin isə tikintisi planlaşdırılır. Azərbaycan hökuməti bu işlərin icra olunması üçün maliyyə daxil olmaqla bütün lazımi resursları ayırıb. Bir daha təkrar etmək istəyirəm ki, Azərbaycan üçtərəfli bəyanatlara regionda uzunmüddətli sülhün və təhlükəsizliyin təminatı kimi baxır”.




Baxış sayı: 893
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30