Bu sözləri Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər son günlər Ermənistan tərəfinin 10 noyabrda imzalanan sazişin tələblərindən kənara çıxmasının səbəblərini Teleqraf.com-a şərh edərkən deyib.
S. Əkbərin ehtimalına görə, Ermənistandakı və digər ölkələrdəki bəzi dairələr çalışacaqlar ki, bu magistral yol açılmasın:
“Ermənilər ancaq dəmiryolunun açılmasını nəzərdə tuturlar. Fikrimcə, Türkiyə-Azərbaycan münasibətlərinin inkişafında, Türkiyənin regionda güclənməsində, türk birliyi daxilində inteqrasiyanın sıxlaşmasında maraqlı olmayan bütün tərəflər burada sözsüz ki, prosesin gedişatına maneçilik törətməyə çalışacaqlar”.
Partiya sədri hesab edir ki, bu məsələdə Rusiyanın mövqeyindən çox şey asılı olacaq:
“Hesab edirəm ki, indi geopolitik mübarizə son mərhələdədir. Bundan sonra yeni dünya düzəni ilə bağlı tərəflər öz mövqelərini qətiləşdirəcəklər. İyun ayı dünya siyasətində “isti” ay olacaq. Bu ay “Böyük Yeddiliyin” samiti, NATO zirvə toplantısı, Avropa Birliyi ilə ABŞ-ın birgə sammiti baş tutacaq. Görək bu görüşlərdən sonra dünyada qütbləşmə necə gedəcək və Rusiyanın bu hallara qarşı müqavimət gücü hansı səviyyədə olacaq”
Baxış sayı: 886
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia

