Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də məişət şəraitinin təmin edilməsi məqsədilə Ağdam rayonu ərazisində müasir avadanlıqla təchiz olunmuş müxtəlif təyinatlı qurğulardan ibarət modul tipli növbəti iki hərbi hissə istifadəyə verilib.
Birlik komandiri general-mayor Hikmət Həsənov açılış münasibətilə müdafiə nazirinin təbriklərini şəxsi heyətə çatdırıb, onlara xidmətlərində uğurlar arzulayıb. Xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib.
Qeyd edək ki, döyüş növbətçiliyi və qoşun xidmətinin yüksək səviyyədə təşkili və aparılması məqsədilə modul tipli komplekslərdəki xidməti otaqlar kondisionerlər, mebellər, müasir tipli sanitar qovşaqları, yataq ləvazimatları, mətbəx avadanlıqları və generatorlarla təchiz olunub.
Azad olunmuş digər ərazilərimizdə yeni hərbi hissələrin tikintisi planlı şəkildə davam edir.
Baxış sayı: 806
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

