Yaponiyanın Azərbaycandakı Səfirliyindən 525.az-a verilən xəbərə görə, Ağdam (2016/10), Qubadlı (2016/10), Cəbrayıl rayonu (2016/10), Xocalı (2016/10), Zəngilan rayonu (2016/10), Şuşa rayonu (2016/11), Kəlbəcər (2016/11), Xocavənd (2016/11) və Laçın (2016/12) ilə birlikdə Füzuli şəhəri nüvə silahlarsız dünya naminə, daimi qlobal sülhə və insanların rifahına töhfə vermək üçün “Sülh Şəhərləri Başçıları” təşkilatının təşəbbüsünə qoşulan Azərbaycan Respublikasının 10-cu şəhəri olub.
“Sülh Şəhərləri Başçıları” proqramı 1982-ci ildə Yaponiyanın Hiroşima şəhərinin ozamankı bələdiyyə başçısı Takeşi Araki tərəfindən təsis edilib. Sülh Şəhərləri Başçılarının məqsədləri üzv şəhərlər arasında sıx həmrəylik yolu ilə nüvə silahlarının tamamilə ləğv edilməsi, dünya üzrə insanlar arasında narahatçılıq doğuran aclıq və yoxsulluq, qaçqınların vəziyyəti, insan haqları və ətraf mühitin tarazlığının pozulması kimi həyati problemlərin həlli üçün səy göstərməklə davamlı qlobal sülhə nail olmaqdır.
1 iyun 2021-ci il tarixinə olan məlumata görə “Sülh Şəhərləri Başçıları” təşkilatının üzv sayı dünyanın 165 ölkə və bölgələrindən olan 8,031 şəhəri əhatə edir.
“Sülh Şəhərləri Başçıları” haqqında daha ətraflı məlumat almaq üçün mayorsforpeace.org/english/index.html saytına keçid almaq mümkündür.
Baxış sayı: 11 066
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

