Fact-info.az xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində agentliyin icraçı direktoru Əhməd İsmayılov bildirib.
Onun sözlərinə görə, qeyd olunan layihələrə dair ətraflı məlumatlar mərhələli şəkildə ictimaiyyətə təqdim olunacaq.
O bildirib ki, yeniliklər Azərbaycan mediasının şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına şərait yaradacaq.
Həmçinin modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi kimi qlobal informasiya mühitinin müəyyənləşdirdiyi istiqamətlərin, innovativ yanaşmaların həyata keçirilməsinə təkan verəcək.
“Biz Azərbaycan mediasında mövcud problemlərin xarakteri və məzmununun müəyyənləşdirilməsi məqsədilə təhlillər aparmış və onların aradan qaldırılmasının optimal həlli yolları üzərində işləmişik. Gəldiyimiz nəticələr və mövzuya dair ətraflı fikirlərimiz yaxın müddətdə media ictimaiyyətinə açıqlanacaq”, - deyə Ə.İsmayılov əlavə edib.
Baxış sayı: 834
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

