FACT-INFO.AZ » XƏBƏR » Əhməd İsmayılov: Artıq deyə bilərik ki, Azərbaycan və Türkiyənin vahid media platforması var
25-05-2021, 14:05 | XƏBƏR
Əhməd İsmayılov: Artıq deyə bilərik ki, Azərbaycan və Türkiyənin vahid media platforması var

Bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bu gün Trend İnformasiya Agentliyi və Türkiyənin “Albayrak Media Group”u tərəfindən birgə yaradılan TURKİC.World (Türk Dünyası) adlı ilk rəqəmsal layihənin təqdimat mərasimində çıxışı zamanı deyib.

Ə. İsmayılov bildirib: "Bu həmrəylik bizi daha da ruhlandırdı və bizə əlavə güc verdi. Hərbi, siyasi, iqtisadi, mədəni, təhsil, ticarət sahələrində olduğu kimi, media əlaqələrimizin də daha dərindən və əhatəli inkişafı prioritet hədəfimizdir. Azərbaycan və Türkiyə bütün məsələlərdə bir yerdədir. Bu gün dünyada bir-birinə bizim qədər yaxın olan dövlət yoxdur. Çünki bizi birləşdirən qədim tariximiz var. Biz bir kökün, bir soyun daşıyıcılarıyıq".

İcraçı direktor vurğulayıb ki, ölkələrimizin rəhbərlərinin verdiyi qərarlarla ötən ilin sentyabr ayında Prezidentin köməkçisi, xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi və bizim də tərkibində olduğumuz nümayəndə heyəti qardaş ölkənin mediası ilə birgə media platforması yaratmaq, hər bir ölkənin sosial mediası vasitəsilə dünyaya daha yaxından tanıdılması məqsədilə İstanbula səfər edib. Səfər çərçivəsində hər iki ölkə arasında ortaq media platforması yaradılması ilə bağlı qərar qəbul edildi: "Cəmi bir neçə ay sonra isə Azərbaycanla Türkiyə arasında media səhəsində strateji əməkdaşlıq haqqında memorandumun qəbul edilməsi haqqında qanun layihəsi təsdiqləndi. Bununla da Azərbaycanla Türkiyə arasında birgə media platformasının yaradılması təsdiq edildi. Bu gün artıq deyə bilərik ki, biz vahid media platformamız var. Bu platforma Azərbaycan və Türkiyə üçün olduqca əhəmiyyətlidir. Bu istiqamətdə əsas fəaliyyətimiz beynəlxalq mediada, sosial şəbəkələrdə dünya ictimaiyyətini düzgün məlumatlandırmaqdır".

Ə. İsmayılov qeyd edib ki, bu platforma bizə imkan verir ki, Azərbaycan həqiqətləri Türkiyə mediasi ilə də bütün dünyaya çatdırılsın. Eyni zamanda Azərbaycan mediası da Türkiyə mediasının məlumatlarını keçmiş sovetlər birliyi ölkələrinə çatsın: "Bügünkü anlaşma da Azərbaycan -Türkiyə birliyinin təcəssümüdür. Mediamızın birgə fəaliyyəti nəticəsində ölkələrimizə qarşı aparılan qarayaxma konpaniyalarına qarşı vahid cəbhədən cavab verəcəyik. Eyni zamanda türkdilli ölkələrin ortaq mədəni dəyərlərinin təbliği istiqamətində işləməliyik. Bu gün Avrasiyanın enerji və nəqliyyat xəritəsi yenidən tərtib edilir. Birliyimiz sayəsində daha böyük layihələr həyata keçirəcəyik. İnanırıq ki, bu razılaşma mövqelərimizin daha da möhkəmlənməsinə təkan verəcəkdir".




Baxış sayı: 720
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30