FACT-INFO.AZ » XƏBƏR » Ermənilərin Gürcüstandakı təxribatları davam edir
22-05-2021, 19:50 | XƏBƏR
Ermənilərin Gürcüstandakı təxribatları davam edir

Qeyd edək ki, baş verən hadisə ilə bağlı mağaza satıcısının jurnalistlərə verdiyi məlumatdan aydın olur ki, bir qrup gənc yaxınlaşaraq mağaza sahibindən borca pivə istəmiş, o isə onlara ödənişini etmədiklərinə görə pulsuz pivə verməkdən imtina etmişdir. Bu zaman borca pivə ala bilməyən gənclər mağaza sahibini vurmaqla hədələmişlər. Yaranmış səs-küyə çıxan mağaza sahibinin 72 yaşlı qayınatası isə 25 yaşlı gənclərin hücumuna məruz qalmışdır. Mağaza sahibinin sözlərinə əsasən, daha sonra 40 nəfərdən ibarət daha bir qrup onlara yaxınlaşmış, nəticədə isə polis çağırılmışdır. Gürcüstanın KİV-lərinin verdiyi məlumata əsasən, hadisə zamanı mağaza sahibini oradakı yerli azərbaycanlılar müdafiə etmiş, nəticədə isə tərəflər arasındakı münaqişə kütləvi davaya çevrilmişdir. Bu zaman hadisə yerində bir neçə nəfər ağır yaralanmış, məsələ ilə bağlı Gürcüstanın Daxili İşlər Nazirliyi tərəfindən istintaq başladılmışdır. Daha sonra tərəflər yerli və mərkəzi hakimiyyət orqanlarının nümayəndələrinin, eləcə də ruhanilərin sayəsində barışmışlar. Şərqi Gürcüstanın müftisi [2] Etibar Eminov, tərəflərin arasında barışığın əldə olunduğunu və münaqişənin davam etməyəcəyini qeyd etmişdir.

Heç kəsə sirr deyildir ki, məhz erməni separatçıları qəsdən dünyanın müxtəlif yerlərində, həmçinin, Gürcüstanda etnik zəmində münaqişəni alovlandırmağa çalışırlar. Bu baxımdan şübhəsiz ki, Dmanisidə (Başkeçid) azərbaycanlılarla svanların arasında baş vermiş münaqişədə də erməni dəsti-xətti görünür. Çünki bir qayda olaraq, ermənilər heç bir tarixi əsası olmayan "Böyük Ermənistan" xülyasına düşərək müxtəlif təxribatlara əl atır, Gürcüstanda dinc şəraitdə yaşayan etnik qrupların arasına nifaq toxumu səpir, daha sonra isə törətdikləri hadisələrə görə günahı qəsdən azərbaycanlıların üstünə atırlar.

Dmanisidə (Başkeçid) baş vermiş hadisə ilə bağlı gürcü politoloqu [3] Valeri Kvaratsxeliya fikrini bu cür ifadə edir: "Gürcüstan hər zaman dözümlülüyü ilə məşhur olmuşdur. Buna görə də bizim cəmiyyətimizin qarşısında etnoslararası toqquşmalar təhlükəsinin olduğunu düşünmək lazım deyildir. Lakin bütün bunları kənardan qızışdırmaq həqiqətən də mümkündür. Yəqin ki bu kimisə qane edir". Gürcü politoloqunun baş verən hadisəyə dair fikrindən də göründüyü kimi etnoslararası toqquşmalar kənardan məqsədyönlü şəkildə qızışdırılır. Bu cür təxribatlara yol verən isə Ermənistandır. Gürcü analitiki [4] Areşidze, hadisənin etnik qarşıdurmanın əlamətlərini daşıdığını qeyd edir. Onun sözlərinə görə, bu münaqişəni millətlərarası münaqişə hesab etmək olmaz, çünki iki müxtəlif etnik qrupun heç də bütün üzvləri bir-birlərinə qarşı düşmən münasibətində deyillər.

Hadisə ilə bağlı Gürcüstanın Daxili İşlər naziri Vaxtanq Qomelauri [5] məsələyə dair münasibətini bu şəkildə bildirmişdir: "Dünən baş verənlər çox kədərlidir. Dünən biz istintaqa başladıq. Bu insanların kim olması əhəmiyyətli deyildir. Qanunu pozanların hamısı çox ciddi şəkildə cəzalandırılacaqdır. Bu çox pis haldır. Nədənsə, bəziləri münaqişəni millətlərarası münaqişəyə çevirməyə çalışırlar. Azərbaycanlılar və gürcülər bizim vətəndaşlarımızdır. Biz əsrlər boyu bir yerdə yaşamışıq, biz qardaşıq. Əlbəttə ki, bu məsələ etnik qarşıdurmaya çevrilməməlidir". Qomelaurinin sözlərinə görə, hadisə ilə bağlı yaranmış vəziyyətin gərgin olduğu yerdə təkcə Dmanisidə olanlar deyil, həmçinin, Tbilisi, Rustavi və digər şəhərlərdən [6] gələnlər də iştirak etmişlər.

Onu da qeyd etmək lazımdır ki, ermənilər öz məqsədlərinə nail olmaqdan ötrü qəsdən media nümayəndələrinə təzyiqlər edirlər. Belə ki, Dmanisidə (Başkeçid) baş verən hadisənin kütləvi davaya çevrilməsi zamanı, svanlarla yanaşı, özlərini "svan" kimi təqdim edən ermənilər qəsdən Gürcüstanın "Birinci Kanal"ının və "Mtavari Arxi" kanalının müxbirlərinə [7] xəsarət yetirməsi təsadüfi hal hesab oluna bilməz. Xatırlatmaq istəyirik ki, 2020-ci ilin oktyabrın 1-də məhz 300-ə yaxın etnik erməni [8] "Mtavari Arxi" teleşirkətinin binasının qarşısında təxribat xarakterli etiraz aksiyası keçirərək, həmin kanalın Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olmasını dəstəkləməsinə öz etirazlarını bildirmişdilər. Bununla yanaşı, 2020-ci ilin oktyabrın 31-də [9] Tbilisinin Samqori və Qldani rayonlarındakı bir qrup aqressiv gəncin parlamentə keçirilən seçkilər zamanı gürcü jurnalistlərinə hücum etməsi də bizə ermənilərin təxribatından xəbər verir. Həmin vaxt "TV Pirveli" və "Rustavi 2" telekanallarının jurnalistləri zərər çəkmiş, digər bir informasiya agentliyinin nümayəndəsinin kamerası isə sınmışdır.

Qeyd etmək lazımdır ki, ermənilərin cəhdlərinə baxmayaraq, Azərbaycanla Gürcüstan artıq dünyada bir tolerantlıq nümunəsi olaraq tanınmaqdadır. Buna sübut olaraq, hər iki ölkənin ərazisində məscidlərin, kilsələrin və sinaqoqların dövlət tərəfindən təmir olunmasını qeyd etmək olar. Tolerantlıqdan uzaq olan ermənilər isə adətləri üzrə kilsələri məhv edir, təhqir edərək donuz tövləsinə çevirirlər. Ermənilər hələ də İkinci Qarabağ müharibəsində, Ali Baş Komandanımız İlham Əliyevin sayəsində şanlı Azərbaycan Ordusu tərəfindən məruz qaldıqları məğlubiyyəti həzm edə bilmir, Şuşanın itirilməsi ilə barışa bilimirlər. Başqa sözlə, sağlam düşüncə qabiliyyətindən məhrum olan ermənilər hələ də qisas almaq arzusu ilə yaşayırlar. Ona görə də təxribatlar törətməyə davam edirlər.

Ədəbiyyat siyahısı:

Массовая драка в Грузии с участием азербайджанцев. Видео /17.05.2021/ https://ru.armeniasputnik.am/video/20210517/27569685/Massovaya-draka-v-Gruzii-s-uchastiem-azerbaydzhantsev-Video.html Ситуация в Дманиси стабилизировалась - стороны пришли к согласию /18.05.2021/ https://ru.armeniasputnik.am/caucasus/20210518/27588705/Situatsiya-v-Dmanisi-stabilizirovalas---storony-prishli-k-soglasiyu.html

Kamal Salayev

AMEA-nın Qafqazşünaslıq İnstitutunun

Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi




Baxış sayı: 803
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30