FACT-INFO.AZ » SİYASƏT » Yeni əməkdaşlıq mühitində Azərbaycanın təşəbbüsləri yüksək qiymətləndirilir
22-05-2021, 10:35 | SİYASƏT
Yeni əməkdaşlıq mühitində Azərbaycanın təşəbbüsləri yüksək qiymətləndirilir

Bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

Deputat vurğulayıb ki, videokonfrans tələb olunan yeni yanaşmaların müzakirəsi üçün açılan ilk beynəlxalq diskussiya idi. Müzakirələr zamanı səslənən fikirlər, dövlətimizin başçısına ünvanlanan suallardan da aydın göründü ki, nüfuzlu ictimai-siyasi şəxslər Azərbaycanın ərazi bütövlüyünün bərpasını ədalətin bərpası kimi dəyərləndirirlər. “Yeni əməkdaşlıq mühitində Azərbaycanın təşəbbüsləri yüksək qiymətləndirilir. Otuzillik münaqişənin nəticələrinə gəlincə, bu diskussiya klubunun üzvləri də etiraf edirlər ki, işğal Ermənistanı bir neçə onillik geri atıb. Yeni mərhələdə də Ermənistanın zaman itirməsi bu ölkə üçün daha böyük faciələrin başlanğıcı olacaq. Azərbaycan isə Ermənistanla sülh razılaşması üzərində işə başlamağa hazırdır, bunun üçün sərhədlərin delimitasiyasına ehtiyac duyulur. Sadəcə, Ermənistan rəhbərliyinin gələcəyə baxışı adekvat olmalıdır”, - deyə o qeyd edib.

K.Nurullayevanın sözlərinə görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin tribunasından verilən əsas mesajlardan biri revanşizm meyillərinin sağlam düşüncəyə və inteqrasiyaya mane olmasından ibarət idi. Bu günün əsas reallığı nadir əməkdaşlıq formatının yaranmasını şərtləndirən Zəngəzur dəhlizinin reallaşması istiqamətində çalışmaqdır. Çünki bu dəhliz regional iqtisadi əlaqələri, kommunikasiyanı gücləndirməklə yanaşı, həm də sözün bütün mənalarında Ermənistanın son şansıdır. Deputat, həmçinin qeyd edib: “Konfrans iştirakçılarının qənaəti belədir ki, Ermənistan və erməni xalqı bu şansı mütləq dəyərləndirməlidir. Xüsusilə, İtaliyanın keçmiş xarici işlər naziri və Avropa İttifaqının sabiq komissarı Franko Frattininin “Ermənistanda yaşayan sadə insanların daxili siyasi təbliğat səbəbindən təcrid olunmalarından, Qafqazın qalan hissəsi və onun hüdudlarından kənarda yaxşı əlaqələrin onların maraqlarına tam uyğun olmasından bəlkə də xəbərləri yoxdur” fikrini qeyd etmək lazımdır””.

Qeyd edilib ki, Ermənistan cəmiyyətindəki ab-hava bu cür düşünməyə əsas verir. Bununla belə, Rumıniyanın sabiq baş naziri Petre Romanın da söylədiyi kimi, Azərbaycan Prezidentinin Müzəffər Lider kimi erməni xalqı üçün təəssüflənməsi həqiqətən də bir körpüdür. Bu, barışıq istiqamətində körpü rolunu oynaya bilər. Təbii ki, qarşı tərəf bunu düzgün dəyərləndirməlidir.




Baxış sayı: 700
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30