FACT-INFO.AZ » XƏBƏR » Azay Quliyev: Qətnamə onu qəbul edənlərin siyasi baxımdan nə qədər qeyri-ciddi və riyakar olduqlarını nümayiş etdirdi
22-05-2021, 07:55 | XƏBƏR
Azay Quliyev: Qətnamə onu qəbul edənlərin siyasi baxımdan nə qədər qeyri-ciddi və riyakar olduqlarını nümayiş etdirdi

Lakin bu dəfə ki, qətnamə onu hazırlayanların ölkəmizə qarşı təkcə açıq düşmənçiliyi və qərəzli mövqeyi ilə seçilmədi, eyni zamanda bu əhəmiyyətsiz və heç nəyə yaramayan kağız parçasını qəbul edənlərin siyasi baxımdan nə qədər qeyri-ciddi və riyakar olduqlarını nümayiş etdirdi.

Mən qətnamədə erməni terrorçularının və cinayətkarlarının sözdə hərbi əsir kimi təqdim edilməsinə, mətndə yer alan digər bu kimi erməni yalanlarına vaxt ayırmağa lüzum görmürəm. Ancaq Avropa Parlamentinin və bu sənədi hazırlayıb qəbul edənlərin nə qədər riyakar və reallıqdan uzaq olduqlarını sübut edən bir neçə məqama diqqətinizi cəlb etmək istərdim.

Qətnamənin 17-ci bəndində ATƏT-in Minsk Qrupunun keçmiş münaqişənin həlli ilə bağlı 2009-cu ildə hazırladığı baza prinsiplərinin müddəaları sadalanır və bu prinsiplərə əməl olunmasının vacibliyi bildirilir. Adam gör nə qədər qeyri-ciddi və qərəzli olmalıdır ki, yeni yaranmış reallığı başa düşməsin, bir tərəfdən postmünaqişədən danışın, digər tərəfdən isə köhnəlmiş və heç bir aktuallığı qalmayan, hətta Ermənistanın belə dilə gətirməyə cəsarət etmədiyi baza prinsiplərini qətnaməyə daxil edəsən və bundan sonrakı danışıqların bu çərçivədə aparılmasını tələb edəsən.

Azərbaycanın Prezidenti cənab İlham Əliyev dəfələrlə, o cümlədən dünən Nizami Gəncəvi Beynəlxalq Mərkəzin təşkil etdiyi konfransda münaqişənin həll olunduğunu bildirdi və postmünaqişə dövründə Cənubu Qafqazda sülhün, təhlükəsizliyin və inkişafın bərqərar olması üçün atılması vacib olan addımları sadaladı və bu istiqamətdə bir yol xəritəsi təqdim etdi.

Cənab Prezident xüsusi olaraq vurğuladı ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımağa hazırdır, lakin bunun üçün Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Bundan sonra bölgəyə qalıcı sülh və əmin-amanlıq gələ bilər. Əgər Avropa Parlamentinin deputatları bundan xəbərsizdirlərsə - buna inanmaq çox çətindir - o zaman qoy onların Bakıda akreditə olunmuş səfirilikləri Azərbaycanın mövqeyi və ümumiyyətlə, bölgədə yaranmış yeni reallıqlar barədə onları maarifləndirsinlər. Yoxsa, artıq ikrah hissi doğuran status məsələsini qaldırmaqla özlərini gülünc vəziyyətinə salmasınlar.

İkinci, qətnamədə təəssüf hissi ilə qeyd olunur ki, Minsk qrupunda iştirak edən Avropa Birliyinin üzv dövlətləri 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın hazırlanmasında və imzalanmasında iştirak etmədi, Avropa İttifaqı Şərq tərəfdaşlıq proqramının iki üzv ölkəsini danışıqlar masasında bir araya gətirə bilmədi.

Sual olunur, Azərbaycana qarşı açıq addımlar atan və birtərəfli şəkildə Ermənistanı və onun işğalçılıq siyasətini dəstəkləyən Avropa Ittifaqının aparıcı ölkəsi və Minsk qrupunun həmsədri Fransa ona olan etimadın üstündən xətt çəkdikdən sonra necə tərəfləri bir araya gətirə bilərdi? Fransanın bu kimi qanunsuz hərəkətlərinə göz yuman Avropa Parlamentinin indi bu məsələni bu formada qeyd etməsi siyasi riyakarlıq deyilmi? Cavab aydındır.

Üçüncü, Avropa Parlamenti qətnamədə Azərbaycanın faşist ideologiyasının daşıyıcısı olan işğalçı Ermənistan üzərində möhtəşəm qələbəsini özündə ehtiva edən Hərbi Qənimətlər Parknın dərhal bağlanmasını tələb edir. Avropa Parlamentinin üzvləri deyir ki, bu parkda nümayiş olunan düşmən qiyafəsində olan manikenlər və kaskalar Ermənistan və Azərbaycan arasında qarşılıqlı etimadı zədələyir və düşmənçilik meyllərini artırır.

Əvvəla, yenə də sual olunur, Avropa parlamenti 30 illik işğalçılıq və soyqırımı siyasətilə bu inamı və etimadı məhv edən Ermənistana niyə indiyə kimi bir dəfə də olsun çağırış edib onun bu əməllərindən çəkindirməyib?!

İkincisi, müharibələr zamanı öldürdükləri ordu komandirlərinin kəllə skletlərini hərb muzeylərində nümayiş etdirən Fransa və Niderland indi bizim muzeydə nümayiş olunan düşmən kaskalarına irad bildirirlər? Bu təkcə paradoks deyil, açıq şəkildə ikiüzlülük və riyakarlıqdır.

Nəhayət, Avropa Parlamentinin digər siyasi riyakarlığı ondan ibarətdir ki, qətnamənin preambula hissəsində minalanmış ərazilərin xəritəsi haqqında çox səthi şəkildə danışılsa da, qətnamənin qərar və çağırış hissəsində bu barədə heç nə deyilmir və Ermənistanın törətdiyi bu hərbi cinayətin üstündən sükutla keçilir. Münaqişə başa çatdıqdan sonra mina partlamsı nəticəsində 21 nəfər azərbaycanlının həlak olması, 100-dən çoxunun ağır yaralanması məsələsinə əhəmiyyət verilmir. Bax, budur Avropa Parlamentinin və bu qətnaməni qəbul edənlərin əsl siması.

Azay Quliyev

Millət vəkili,

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri




Baxış sayı: 898
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30