FACT-INFO.AZ » XƏBƏR » Ermənistanın qeyri-adekvat davranışı ilk növbədə onun özü üçün zərbədir
19-05-2021, 07:30 | XƏBƏR
Ermənistanın qeyri-adekvat davranışı ilk növbədə onun özü üçün zərbədir

Fact-info.az-ın məlumatına görə, bunu Trend-ə Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Deputat vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan ilə telefon danışığında da qeyd etdiyi kimi, Ermənistanın dövlət sərhədlərinin dəqiqləşdirilməsinə qeyri-adekvat reaksiyası və məsələni beynəlmiləlləşdirmək cəhdləri vəziyyəti əslində daha da gərginləşdirir:

“Ümumilikdə Azərbaycan bölgədə sabitliyin qarantı kimi çıxış edən ölkədir. Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra dayanıqlı sülhün bərqərar olması naminə üçtərəfli bəyanatın düzgün həyata keçirilməsi bölgədə təhlükəsizliyə təminat yaradır. BMT tərəfindən tanınmış sərhədlərinə qayıtmaq Azərbaycanın suveren hüququdur və bu məsələdə suni əngəllərin yaradılması prosesi lüzumsuz yerə ləngidir”.

S.Mikayılova qeyd edib ki, 30 il müddətində işğal nəticəsində Ermənistanla sərhədlərimiz qeyri-müəyyən olaraq qalmışdı: “Azərbaycan torpaqlarını işğal altında saxladığı müddətdə Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozaraq bizim ərazilərimizdə qeyri-qanuni məskunlaşma aparmışdı, digər ölkələrdən erməni əsilli insanları işğal etdiyi ərazilərimizə yerləşdirmişdi. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz suveren sərhədlərini bərpa etdikdən sonra dövlət sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı prosesə başlanıldı. Lakin Ermənistan bu məsələni süni şəkildə gərginləşdirməyə çalışır və hesab edirəm ki, bu çox lüzumsuz bir addımdır.

Ermənistan bilməlidir ki, keçmiş SSRİ-nin sərhədlərlə bağlı dəqiqləşdirilmiş xəritələri mövcuddur, SSRİ konstitusiyasında da bu öz təsbitini tapıb. Eyni zamanda beynəlxalq sənədlər çərçivəsində də, o cümlədən 1975-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) çərçivəsində imzalanan Helsinki Yekun Aktında da Azərbaycanın sərhədlərinin haradan keçdiyi məlumdur. Azərbaycan 1991-ci ildə öz müstəqilliyini elan etdikdən sonra onun suveren sərhədləri də BMT tərəfindən məhz həmin sərhədlər çərçivəsində tanınmışdı və bu gün Azərbaycan dövlətinin sərhəddə qurduğu postlar Ermənistan ərazisində qurulmur. Postlar birbaşa olaraq BMT-nin qəbul etdiyi sərhədlər çərçivəsində qurulmaqdadır".

Deputat bildirib ki, Azərbaycan tərəfi bu xüsusda bütün mübahisələrin sülh yolu ilə və danışıqlar prosesi çərçivəsində həllinin vacibliyini vurğulayır:

"Yəni, ümumilkdə mövcud olan müəyyən narazılıqlar güc yolu ilə deyil, məhz danışıqlar vasitəsilə çözülə bilər. Münaqişə sonrası sabitliyin qorunub saxlanması proseslərin nəzarətdə olduğunu, 10 noyabr bəyanatının icrasının mütləq olduğunu deməyə əsas verir. Öz ərazilərini işğaldan azad edən Azərbaycan sülhyaratma prosesində yaranan çətinliklərin dəf olunmasına çalışır. Ermənistanın qeyri-adekvat davranışı ilk növbədə onun özü üçün zərbədir. Beynəlxalq birliyin öz növbəsində bölgədə sülhə aparan addımların sürətləndirilməsi üçün cəhdlərini əsirgəməyib, bu istiqamətdə xalqlara siyasi dəstək göstərmələri arzuolunandır”.




Baxış sayı: 639
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30