FACT-INFO.AZ » SİYASƏT » Ermənistanın müharibə cinayətləri ilə bağlı beynəlxalq təşkilatlara 400-ə yaxın müraciət ünvanlanıb
18-05-2021, 08:10 | SİYASƏT
Ermənistanın müharibə cinayətləri ilə bağlı beynəlxalq təşkilatlara 400-ə yaxın müraciət ünvanlanıb

Bunu Ədliyyə naziri Fikrət Məmmədov deyib.

Nazir qeyd edib ki, dünya ictimaiyyətinin düzgün və dolğun məlumatlandırılması məqsədi daşıyan müraciətlər reaksiyasız qalmayıb: “Bəzi dövlətlər münasibət bildirərək bölgəyə humanitar yardım məqsədilə dəstək göstərilməsini bildirib, beynəlxalq hüquq çərçivəsində öhdəliklərə hörmət edilməsinə, bütün qanun pozuntularının araşdırılacağına ümidvar olduqlarını ifadə ediblər. Yeri gəlmişkən, Ermənistanın hərbi cinayətləri bu ilin mart ayında Yaponiyada BMT-yə üzv dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların yüksək rəsmilərinin iştirakı ilə keçirilmiş BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə 14-cü Konqresində də ifşa edilib. Belə ki, Konqresdə Azərbaycan, həmçinin ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatına üzv olan 120 dövlət adından Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi tərəfimdən çıxış edilərək ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın 30 illik erməni işğalından azad olunduğu, təcavüzkar düşmənin törətdiyi müharibə cinayətləri, xüsusilə Ermənistan tərəfindən beynəlxalq normalara zidd olaraq xarici ölkələrdən olan terrorçu muzdluların cəlb edilməsi, erməni diasporu tərəfindən aldatma və digər qanunsuz yollarla silah və sursatların alınması və humanitar yardım adı altında münaqişə zonasına mülki aviasiya vasitəsilə qanunsuz göndərilməsi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Həmçinin işğal dövründə torpaqlarımızın yerlə-yeksan edildiyi, bütün infrastrukturun dağıdıldığı, o cümlədən tarixi, mədəni və dini abidələrin məhv olunması ya da talanması faktları vurğulanmış, həmin ərazilərin qeyri-qanuni iqtisadi fəaliyyət, narkotrafik və digər cinayət əməlləri üçün istifadə olunması qeyd edilib”.

Fikrət Məmmədov deyib ki, konqres iştirakçılarının və bütün dünya hüquq ictimaiyyətinin diqqəti Ermənistanın bu cinayət əməllərinə cəlb olunmuş, sülh üçün təhlükə olan bu əməlləri törədənlərin məsuliyyətə cəlb edilməsi ilə bağlı bütün dövlətlərə çağırış olunub: "Qoşulmama Hərəkatı adından çıxış edilərkən Kioto Konqresinin gündəliyindən irəli gələn məsələlərlə bağlı Hərəkatın mövqeyini əks etdirən bəyanat barədə məlumat verilmişdir. Qoşulmama Hərəkatının bütün üzv dövlətlərinin razılığı ilə qəbul edilərək yayımlanmış bəyanatda Azərbaycan tərəfinin təkliflərinə uyğun olaraq xeyriyyə təşkilatlarından terrorçuluğun maliyyələşdirilməsi məqsədilə istifadə edilməsinin qarşısının alınması, münaqişə dövründə vandalizm aktları, mədəni irsin dağıdılması və ya talanması ilə bağlı böyük narahatlıq ifadə olunaraq bu halların aradan qaldırılmasına, qanunsuz çıxarılmış mədəni mülkiyyətin qanuni sahibinə geri qaytarılması ilə bağlı çağırışlar təsbit olunmuşdur".

Nazirin sözlərinə görə, konqres iştirakçılarının diqqətini cəlb edən bu əsaslı ittihamlardan yayınmaq istəyən Ermənistan tərəfi ölkəmiz və Türkiyə ilə bağlı uydurma fikirlər söyləmiş, lakin Azərbaycan nümayəndə heyətinin tutarlı dəlilləri ilə onların yalanları tam ifşa olunub: "İclasda qlobal cinayətkarlıqla mübarizə üzrə səylərin gücləndirilməsinə dair qəbul olunmuş 5 illik proqram xarakterli Kioto Bəyannaməsində Azərbaycanın təkliflərinə əsasən milli maraqlarımıza cavab verən müddəalar tam əksini tapıb.

Hazırda ermənilər tərəfindən işğal dövründə dağıdılmış torpaqlarımızın bərpa olunması, bir milyondan çox keçmiş məcburi köçkünlərimizin öz dədə-baba yurdlarına qayıtması üçün həmin ərazilərin yenidən həyata qaytarılması ilə bağlı genişmiqyaslı quruculuq işləri aparılır.

Həmin ərazilərdə ədliyyə və məhkəmə fəaliyyətinin təşkili məsələləri qarşımızda duran ən ümdə vəzifələrdir. Bununla əlaqədar dövlət başçısının işğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkilinə dair tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi üzrə 01.11.2020-ci il tarixli əmrlə kompleks tədbirlər müəyyən olunmuş, o cümlədən ədliyyə nazirinin rəhbərliyi ilə Qərargah yaradılmış, zəruri təşkilati işlər görülüb.

Qeyd etməliyəm ki, nazirlik tərəfindən strukturuna daxil olan yerli və regional qurumlar vasitəsilə insanlara hüquqi xidmətlərin göstərilməsi sahəsində çoxşaxəli fəaliyyət göstərir: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparır, notariat fəaliyyətini, məhkəmə ekspertizalarının keçirilməsini, məhkəmə qərarlarının icrasını və probasiya nəzarətini təmin edir, bələdiyyələrə metodoloji yardım göstərir, inzibati nəzarət həyata keçirir. Həmin ərazilərdə bu sahədə fəaliyyətin təşkili və ədliyyə orqanlarının işinin əlaqələndirilməsi məqsədilə Qarabağ regional ədliyyə idarəsi yaradılıb".




Baxış sayı: 937
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30