İclasda əvvəlcə komissiyanın sədri Salih Kurt, Türkiyənin Azərbaycandakı sabiq səfiri, komissiyanın İdarə Heyətinin üzvü Hulusi Kılıç, ehtiyatda olan türkiyəli general, araşdırma heyətinin sədri Yücel Karauz, rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov, yazıçı-publisist Müslüm Aktürk, vəkil Mustafa Kuran və başqalarının çıxışları dinlənilib.
Komissiyanın üzərində düşən missiyanı ləyaqətlə başa çatdıracağına inandığını ifadə edən sədr Salih Kurt əminliklə bildirib ki, komissiya fəaliyyətini daha da genişləndirərək ədalət carçısı kimi tanınacaq.
Müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqları azad etməsini tarixi hadisə və milli şərəf kimi dəyərləndirən səfir Hulusi Kılıç bildirib ki, düşmənin törətdiyi amansız dağıntılar və müharibə cinayətlərin araşdırılması hər birimizin üzərinə düşən mənəvi borcdur.
Tədqiqatçı Yücel Karauz əminliklə ifadə edib ki, komissiya fəaliyyət istiqamətlərini dəqiqləşdirməklə hədəflərinə çatacaq.
Sonra Türkiyə Prezidentinin baş müşaviri, tədqiqatçı alim Seyit Sertçelik 8 il tədqiqat apardığı Rusiya arxivləri ilə bağlı fikirlərini bölüşərək vurğulayıb ki, Ermənistanın əsaslı dövlət arxivi yoxdur, onlar rus arxivlərini surəti əsasında arxiv yaradıblar.(Trend.az)
Baxış sayı: 688
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

