FACT-INFO.AZ » XƏBƏR » “Türk dünyasının coğrafiyası və etnosu”
16-05-2021, 12:35 | XƏBƏR
“Türk dünyasının coğrafiyası və etnosu”

Təqdimat-konfransda Azərbaycan mütəxəssisləri ilə yanaşı müxtəlif türkdilli ölkələrdən olan tədqiqatçılar da iştirak ediblər.

Konfransın moderatoru, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı konfransın təşkilatçıları haqqında məlumat verib, “Türk dünyasının coğrafiyası və etnosu” üçcildliyinin türk dünyası ziyalıları, ictimaiyyət nümayəndələri tərəfindən böyük maraqla qarşılanacağını ifadə edərək, iştirakçıları Coğrafiya İnstitutunun hazırladığı tanıtım videoçarxına baxmağa dəvət edib.

Filmin nümayişindən sonra Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov çıxış edərək “Türk Dünyası Coğrafiyası və Etnosu” üçcildliyinin ərsəyə gəlməsində böyük bir heyətin çalışdığını vurğulayaraq əsərin yaranma tarixçəsi, hazırlanmasında əsas məqsəd, türk etnosunun dünya tarixindəki yeri və rolu, üçcildliyin bölüm və fəsilləri barədə iştirakçılara ətraflı məlumat verib. O bildirib ki, kitabda Türk dünyasının coğrafi mövqeyi və tarixi coğrafi mahiyyəti ilə yanaşı ərazinin geologiyası və geomorfologiyası, iqlimi, daxili suları, torpaq-bitki örtüyü, təbii zonaları, ekoloji problemləri araşdırılıb, Türk dünyası dövlətlərinin, türk xalqlarının dövlət qurumlarının hər birinin fiziki və iqtisadi coğrafi problemləri ayrılıqda təhlil edilib. Burada həmçinin, dövlət qurumu olmayan azsaylı türk xalqları sayılan etnosların coğrafiyasına da geniş yer ayrılıb.

Türk dünyası dövlətləri və xalqlarının Avrasiyanın və bütövlükdə dünyanın geopolitik və geoiqtisadi-sosial tarazlığının qorunmasında və inkişaf etdirilməsində önəmli rola malik olduğunu, onların birliyini əks etdirən Türk dünyası coğrafiyasının hərtərəfli və dərindən dərk edilməsinin önəmli olmasını xüsusi vurğulayan alim bu məsələnin Azərbaycan Respublikası prezidenti, cənab İlham Əliyevin həmişə diqqət mərkəzində olduğunu qeyd edib.

Akademik çıxışının sonunda İnstitut alimlərinin ərsəyə gətirdikləri bu mühüm əsərin rus dilində birinci cildinin çapdan çıxdığını, qalan 2-ci və 3-cü cildlərinin də nəşrə hazır olduğunu nəzərə çarpdırıb. O həm də bildirib ki, üçcildliyin ümumiləşdirilərək ingilis dilində bir kitab halında nəşr olunması istiqamətində də İnstitutda uyğun işlər gedir.

Azərbaycan Respublikası Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva çıxışında üçcildliklə yaxından tanış olduğunu, Coğrafiya İnstitutu alimlərinin gərgin əməyinin nəticəsi olan “Türk dünyasının coğrafiyası və etnosu” monoqrafiyasının ətraflı tədqiqatların və ensiklopedik məlumatların toplusu olduğunu, kitabın türk xalqlarının bir-birinə yaxınlaşmasındakı rolunu diqqətə çatdıraraq, belə bir nəşrin zamanında ərsəyə gəlməsindən məmnunluğunu dilə gətirib.

Millət vəkili Azərbaycanın 44 günlük Vətən Müharibəsində əldə etdiyi tarixi zəfərin türk dövlətlərində özgüvəni artırmaqla yanaşı, birlik, qardaşlıq ruhunu da möhkəmləndirdiyini, belə bir vaxtda Coğrafiya İnstitutunun təşəbbüsü ilə “Türk dünyasının coğrafiyası və etnosu” adlı üçcildliyin araya-ərsəyə gətirilməsinin çox yerinə düşdüyünü bildirib, müəlliflərə minnətdarlıq ifadə edib.

Təqdimata Qazaxıstandan qoşulan Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Darxan Kadıralı Türk dünyası coğrafiyasının müasir dünyanın geopolitik məkanda rolunun artmasından danışaraq onun öyrənilməsində üçcildliyin əvəzolunmaz mənbə rolunu oynayacağını bildirib. Prezident Beynəlxalq Türk Akademiyasının həyata keçirdiyi layihələrdən söhbət açıb, Akademiyanın nəşr etdirdiyi “Qarabağ” adlı toplumu və eyni zamanda, həm də Azərbaycan ərazisində olan bir çox tarixi abidələri, azərbaycanlı tanınmış şəxsiyyətləri və ölkəmizə aid digər qiymətli məlumatları özündə birləşdirən “Türk dünyasının tarixi mədəni irsi” adlı atlası nümayiş etdirib.

Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadə çıxışında “trilogiya” adlandırdığı kitabı təkcə Coğrafiya İnstitutunun deyil, bütövlükdə Akademiyanın uğuru kimi dəyərləndirib, monoqrafiyanın rus və ingilis dilində nəşrini vacib hesab edib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Coğrafiya İnstitutunun çox ciddi nəşrlərin hazırlanmasında Milli Akademiyada ön mövqedə duran institut olduğunu vurğulayıb. O deyib ki, bu elmi müəssisə Azərbaycan Respublikasının Coğrafiyası üçcildliyinə görə Respublikanın Dövlət Mükafatına layiq görülüb. Ardınca Naxçıvanın Coğrafiyasını yazmaqla boşluğu doldurdu. İndi isə imkanlarını genişləndirərək hazırlayıb nəşr etdirdiyi “Türk dünyasının coğrafiyası və etnosu” üçcildliyi ölkəmizdə, akademiya sistemində fundamental tədqiqatların mühüm nailiyyətlərindən və əsas göstəricilərindən biri sayılmağa layiqdir.

Əsərin əsas müəllifinin görkəmli coğrafiyaşünas, elmin əsaslarını, mahiyyətini, və miqyasını yaxşı təsəvvür edən akademik Ramiz Məmmədovun olduğunu deyən Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov kitabın ərsəyə gəlməsində alimin rolunu yüksək dəyərləndirib.

Təqdimat konfransda çıxış edən Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin sədri Hikmət Ərən və Türkmənistanda TRT Türkmənistan masasının rəhbəri Murat Toylu çıxış edərək üçcildliyin ərsəyə gəlməsində əməyi keçənləri təbrik edib və digər dillərə də tərcümə olunması nəzərdə tutulan “Türk Dünyası və Etnosu” kitablarının müəlliflərinə uğurlar arzulayıblar.

Tədbirin sonunda çıxış edən Coğrafiya İnstitutunun şöbə müdiri, dosent Mirnuh İsmaılov geniş etnik əraziyə, Avrasiyanın 1/10-inə malik olan Türk dünyasının coğrafi mövqeyi və tarixi coğrafi mahiyyətindən söhbət açıb, Türk dünyasının alimləri ilə qarşılıqlı əməkdaşlığın daha səmərəli olacağını qeyd edərək, gələcəkdə ortaq elmi fəaliyyətlərin perspektivləri və Coğrafiya İnstitutunun bu istiqamətdə planları haqqında məlumat verib.




Baxış sayı: 920
“İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Bu gün, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Bu gün, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Bu gün, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Bu gün, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Bu gün, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Bu gün, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Bu gün, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb Dünən, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub Dünən, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib Dünən, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir Dünən, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans Dünən, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram Dünən, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib Dünən, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib Dünən, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031