FACT-INFO.AZ » XƏBƏR » Şuşada keçirilən "Xarıbülbül" festivalı böyük tarixi qələbənin təntənəsidir
14-05-2021, 07:35 | XƏBƏR
Şuşada keçirilən "Xarıbülbül" festivalı böyük tarixi qələbənin təntənəsidir

Fact-info.az məlumatına görə, bunu Trend-ə Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

Festivalın bir neçə mühüm mesaj verdiyini qeyd edən deputat hesab edir ki, festival Azərbaycan xalqının milli birlik və həmrəyliyini nümayiş etdirir: “Eyni zamanda, festival dünya ictimaiyyətinə bu torpaqların əsl sahibinin kim olduğunu göstərir. Festivalın proqramı və formatı ideoloji məzmununun milli birlik, həmrəylik, əzmkarlıq, tarixi və milli ənənələrə sədaqət kimi dəyərlər üzərində qurulub.

Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətini, musiqi və rəqs ənənələrini nümayiş etdirən çıxışlar Azərbaycanda dini və etnik tolerantlığın yüksək səviyyədə qorunmasına dair çox vacib bir mesaj verir. Çünki tolerantlıq bizim xalqımızın mühüm dəyərlərindən biridir".

Millət vəkili 13 yaşında Şuşanı məcburi köçkün kimi tərk etdiyini diqqətə çatdıraraq bildirib ki, Şuşa yalnız bu qədim şəhərin sakinləri üçün deyil, bütün dünya azərbaycanlılarının yaddaşında xüsusi yeri olan bir şəhərdir: "Şuşadan Bakıya məcburi köçkün kimi gələndən etibarən hər gün bu dağlarda, Cıdır düzündə, doğma şəhərdə Bayatı-Şirazın sədalarını eşitmək arzusu ilə yaşamışam. Milyonlarla soydaşımız kimi, sevincimin və xoşbəxtliyimin həddi-hüdudu yoxdur. Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi altında torpaqlarımızı əsl sahiblərinə - azərbaycanlılara qovuşduran möhtəşəm Azərbaycan ordusunun hər bir zabit və əsgərinin əməyi qarşısında baş əyirəm!".

R.Məmmədov Xarıbülbül festivalının açılışında Prezident İlham Əliyevin çıxışında əksini tapmış fikirlərin böyük siyasi-ideoloji məzmuna malik olduğunu, Azərbaycan xalqının tarixi yaddaşına, gələcək haqqında düşüncələrinə, təsəvvürlərinə əsaslanan mühüm mesajlar ehtiva etdiyini vurğulayıb: "Cənab Prezident tarixdən də danışdı, dünyadakı proseslərə də toxundu, Azərbaycanın gələcəyə necə hazırlaşdığını, beynəlxalq münasibətləri, dövlətlər, xalqlar arasında əlaqələri necə gördüyünü də açıqladı. Qeyd etdi ki, biz bütün dünyaya buradan - Şuşadan, qədim torpağımızdan mesaj veririk ki, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur. Hesab edirəm ki, cənab Prezidentin bu fikirləri festivalın əsas hədəfini kifayət qədər dəqiq ifadə edir".




Baxış sayı: 700
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30