Tədbirdə çıxış edən səfir Elin Süleymanov müasir, müstəqil və suveren Azərbaycanın qurucusu Heydər Əliyevin dövlətçiliyimizin güclənməsi, iqtisadiyyatının inkişafı və beynəlxalq nüfuzunun artmasında göstərdiyi misilsiz xidmətlərini xatırladıb.
Səfir, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad edilməsinin xalqımız üçün əlamətdar hadisə olduğunu söyləyib. O, Qarabağın və xüsusilə, Şuşa şəhərinin azad edilməsinin Ulu Öndərin ən böyük arzusu olduğunu bildirərək, hazırda onun ruhunun şad olduğunu qeyd edib.
Mərasimdə iştirak edən ABŞ-dakı Azərbaycan icmasının nümayəndəsi Həbib Azərsina Ulu Öndərin dövlətimiz və xalqımız üçün əvəzsiz şəxsiyyət olmasından bəhs edərək, onunla bağlı xatirələrini bölüşüb.
Daha sonra Ümummilli liderin büstü önünə güllər qoyulub və xatirəsi anılıb.
Baxış sayı: 754
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

