Tədbirdə abidəni ucaldan, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) Nikolayev vilayəti üzrə sədri Yunus Əliyev, BUAK sədri Rövşən Tağıyev, Azərbaycanın Ukraynadakı Səfirliyinin hərbi ateşşesi, polkovnik İlqar Ağayev, BUAK-ın Odessa vilayəti üzrə nümayəndəliyinin təmsilçisi Fazil Əskərov, Nikolayev vilayəti yəhudi icmasının sədri Semyon Belıy, Nikolayev şəhər millətlər şurasının rəhbəri Anar Axundov, yerli deputat Oleq İzman, daxili işlər orqanı veteranları və digər yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.
Giriş sözü ilə çıxış edən Yunus Əliyev 416-cı Taqanroq divizyasının döyüş yolundan və 2012-ci ildə abidənin qoyulması tarixindən danışıb.
Sonra Rövşən Tağıyev çıxış edərək deyib ki, İkinci Dünya müharibəsində müxtəlif millətlər faşizmə qarşı döyüşərək həlak olub, bunların da bariz nümunələrindən biri azərbaycanlılardan ibarət 416-cı Taqanroq diviziyasıdır.
Hərbi ataşşe polkovnik İ. Ağayev də çıxışında divizyanın döyüş yolundan, o cümlədən ötən il Azərbaycan ordusunun torpaqları erməni işğalçılarından azad etməsindən danışıb. Çıxışlarda faşizmə qarşı qələbənin tarixi əhəmiyyəti vurğulanıb, həlak olanların xatirəsinə ehtiram ifadə edilib.
Baxış sayı: 1 427
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

