Filmdə faşizm üzərində qələbədə Bakı neftinin strateji rol oynadığı xüsusi qeyd edilir. Azərbaycan neftçilərinin 1941-1945-ci illərdə 75 milyon neft istehsal etdiyi, həmin illərdə Sovet İttifaqında neft hasilatının 70 faizdən çoxunun, yanacaq istehsalının isə 80 faizdən çoxunun Bakının payına düşdüyü vurğulanır.
Filmdə İkinci Dünya Müharibəsi illərində Azərbaycan xalqının şücaətindən bəhs edilərək, 700 min azərbaycanlının müharibədə iştirak etdiyi və onlardan 400 mininin bu müharibədə həlak olduğu bildirilir. Döyüşlərdə nümayiş etdirdikləri şücaətə görə 128 azərbaycanlının Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyü vurğulanır.
Həmçinin Şərqi Avropanın Almaniya tərəfindən işğalından sonra Azərbaycana pənah gətirmiş 10 mindən çox yəhudiyə ölkəmizin sığınacaq verdiyi və bununla bağlı Dünya Yəhudi Konqresinin prezidenti Ronald Lauderin fikirləri də filmdə yer alır. R.Lauderin müharibə illərində Azərbaycanın böyük sayda yəhudini və onların uşaqlarını faşistlərdən və Holokostdan xilas etməsini minnətdarlıq hissi ilə qeyd etməsi bildirilir.
Sonda Azərbaycanda hər il 9 mayın Qələbə günü kimi qeyd edildiyi diqqətə çatdırılır. Film Azərbaycanın Argentina və Yunanıstandakı Səfirliklərinin dəstəyi ilə müvafiq olaraq, ispan, yunan və alban dillərinə də tərcümə olunub.
Baxış sayı: 1 936
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

