Fact-info.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli əraziyə ezam olunmuş jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu avtomobil yolu birinci texniki dərəcəyə uyğun olaraq inşa olunur:
“Ümumi uzunluğu 86 km təşkil edir. Yolun ilk 48 kilometrlik hissəsi 6 hərəkət zolaqlı, 48-86 km-lik hissəsinin isə 4 hərəkət zolaqlı olması nəzərdə tutulub. Bu yolun uzunluğu “Zəfər” yoluna nisbətən daha qısadır. Yolun “Zəfər” yoluna nisbətən qısa olması ona görədir ki, bu yol üzərində körpülərin, viyadüklərin və tunellərin inşası nəzərdə tutulur. Yol 4 hissə üzrə inşa edilir. İlk 14 km-lik hissədə torpaq yatağının inşası aparılaraq yekunlaşdırılıb, digər hissələrdə bu istiqamətdə işlər həyata keçirilir. Əhmədbəyli- Füzuli-Şuşa yolunun çəkilməsinin 2024-cü il ərzində tam olaraq yekunlaşdırılması nəzərdə tutulur”.
Baxış sayı: 1 961
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

