Fact-info.az-ın məlumatına görə, bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Deputat bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsindən sonra Ermənistanda mövcud olan böhran daha da dərinləşib:
“Bu böhran özünü sosial-iqtisadi və ictimai-siyasi sahədə çox kəskin formada göstərməkdədir və bunun səbəbi 30 il ərzində Ermənistan siyasi hakimiyyətinin Azərbaycana qarşı işğalçılıq siyasətidir. İstər hakimiyyətdə olan qüvvələr, istərsə də xaricdəki diaspor təşkilatları erməni xalqından hər zaman bir alət kimi istifadə ediblər və bu gün istifadə etməyə davam edirlər. Onlar erməni xalqını zəhərləyiblər, xəstə təfəkkürü xalqa təbliğ ediblər. Onlar bir şeyi anlamırlar ki, ölkənin ağır durumunun səbəbi məhz hər zaman Türkiyəfobiya və Azərbaycanfobiyadır”.
Deputat vurğulayıb ki, Vətən müharibəsindən sonra regionda bir çox əməkdaşlıq platformaları yaranıb, o cümlədən nəqliyyat-logistika üzrə əməkdaşlıq platforması yaranıb və onun içərisində Zəngəzur dəhlizinin yaradılması xüsusi əhəmiyyət kəsb edir:
“Ermənistan bu imkanlardan istifadə edərək ağır iqtisadi durumdan çıxa bilər. Ermənilər sevinməlidirlər ki, onları bu əməkdaşlıq plaftomalarına qoşurlar, baxmayaraq ki, hər zaman Azərbaycana qarşı düşmənçilik mövqeyində olublar. Azərbaycan isə Vətən müharibəsindən sonra da mövcud reallıqları görür və regionun inkişafının, sülh və sabitliyin bərqərar olmasının yalnız əməkdaşlıqdan keçdiyini anlayır. Erməni xalqı da bu reallıqları anlamalıdır, düşmənçilik və revanşist iddialarından əl çəkməlidirlər, içlərində olan kin və xisləti atmalıdırlar və anlamalıdır ki, ermənilər üçün bu əməkdaşlıq düşdükləri ağır durumdan qurtulmaqüçün son bir şansdır ki.
Əgər onlar bunu anlamasalar, Ermənistanın bir dövlət kimi qalması sual altına düşür. Ermənistanda revanşizm bir daha baş qaldırsa və Azərbaycanı təhdid etsələr, bu dəfə onlar üçün olduqca ağır nəticələr ola bilər. Erməni xalqı bir şeyi anlamalıdır ki, istər müharibə, istər post-müharibə dövründə onları müharibəyə çağıran diaspor təşkilatları Ermənistanda əhalinin yaşadığı ağır vəziyyəti anlaya bilməzlər. Çünki onlar bu ağırlığı görmürlər, xaricdə rahat şəraitdə yaşayırlar. Erməni xalqı bunu anlamalı və revanşist qüvvələrdən azad olmalıdırlar”.
Baxış sayı: 804
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

