Bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Sədr bildirib ki, erməni şovinistlərin və havadarlarının yalanı həqiqət kimi qələmə vermək cəhdlərinin dəfələrlə şahidi olmuşuq:
“Bir sıra tarixçilərin, o cümlədən amerikalı alimlərinin araşdırmalarında da “erməni soyqırımı”nın cəfəngiyat olması ilə bağlı nəticə hasil olur. Anadolu və Cənubi Qafqaz ərazilərində ermənilər tərəfindən soyqırımı cinayətləri mərhələ-mərhələ təşkil edilib. 1900-cü illərdə ermənilər 50 mindən çox azərbaycanlı qətlə yetirib. Əslində soyqırımı baş verib. Bunu ermənilər edib. Qurbanlar isə azərbaycanlılar, türklər və burada yaşayan başqa xalqlar olub. Xocalı soyqırımında yüzlərlə azərbaycanlı qətlə yetirilib, amansız işgəncələrə azərbaycanlılar məruz qalıb. Xocalı soyqırımı kimi qətliama göz yumanlar tərəfindən saxta erməni soyqırımı ilə bağlı iddialar səsləndirilməsi müşahidə edilir”.
O əlavə edib ki, Türkiyə dövlətinin qərarı ilə Osmanlı dövlətinin arxivləri açılıb. Arzu edən istər erməni tarixçilər, istərsə də digərləri bu faktlarla tanış ola bilər.
Sədr bildirib ki, ermənilər bundan imtina edir:
“Azərbaycan cəmiyyəti və Azərbaycan Prezidenti qardaş ölkənin yanındadır. Azərbaycan XİN bu məsələ ilə bağlı qəti mövqeyini bildirib. 48 siyasi partiya bu məsələ ilə bağlı etiraz bəyanatı yayıb”.
O deyib ki, Fransa senatının sədri obyektiv və ədalətli mövqe tutsaydı, 30 il ərzində Azərbaycanın şəhər və kəndlərinin dağıdılmasına, yerlə yeksan edilməsinə susmazdı.
Baxış sayı: 782
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

