ADA Universitetindən verilən xəbərə görə, onlayn-sorğunun fəaliyyəti 25 aprel saat 20:00-da dayandırılacaq. Bundan sonra məlumatların emalı və təhlili başlayacaq.
Bu il fevralın 22-də açılmış bu internet sorğusu ADA Universitetində yaradılmış və müxtəlif elm-təhsil müəssisələrinin mütəxəssislərindən ibarət olan xüsusi Tədqiqat qrupu tərəfindən dövlət sifarişi əsasında keçirilir. Sorguda 65 min nəfər iştirak edib, sorğu səhifəsinə baxış sayı isə 400 mini aşıb. Bütün iştirakçıların fərdi məlumatları konfidensial saxlanılır.
ADA Universiteti və Tədqiqat Qrupu onlayn-sorğuda iştirak edərək öz istək, niyyət və gözləntilərini bildirən bütün məcburi köçkün vətəndaşlarımıza, sorğu ilə bağlı elan, xəbər və yenilikləri mütəmadi olaraq işıqlandıran kütləvi informasiya vasitələrinə, tədqiqatın keçirilməsinə kömək göstərmiş bütün həmkarlara əməkdaşlığa görə minnətdarlığını bildirir.
Baxış sayı: 947
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia

