FACT-INFO.AZ » XƏBƏR » Suqovuşana gedən yol mina və sursatlardan təmizlənib
22-04-2021, 11:25 | XƏBƏR
Suqovuşana gedən yol mina və sursatlardan təmizlənib

Bunu ANAMA-nın regional əməliyyat meneceri Ramil Əzizov deyib.

O, artıq ərazidə yol kənarı ilə müvafiq infrastruktur xətlərinin çəkilməsi istiqamətində də təmizləmə əməliyyatlarının həyata keçirildiyini bildirib:

“Müvafiq qurumlar həmin infrastruktur xətlərini təhlükəsiz qaydada Suqovuşana çatdıra biləcək. Bu yolun üstündə 15 mina xətti var. Buna görə də bura forpost ərazi hesab olunurdu. Mina sıxlığı çox yüksək olan ərazidir. Yolun həm sağ, həm də sol hissəsinə kifayət qədər piyada, tank əleyhinə minalar basdırılıb. Bundan savayı, düşmən tərəfindən qoyulan müxtəlif bloklar var idi, biz təmizləmə əməliyyatı apararkən həmin bloklardan keçməli, növbəti etapa başlamaq üçün həmin valları, xəndəkləri bağlamalı olduq. Eləcə də minatəmizləmə əməliyyatı zamanı minaların ətrafına səpələnmiş metal qırıntılarını da təmizlədik ki, bunlar hamısı süni maneələrdir”.

Minatəmizləmə əməliyyatları zamanı minaaxtaranlar arasında zərərçəkən olmadığını vurğulayan R. Əzizov ərazidən ümumilikdə 2500-ə yaxın tankəleyhinə, eləcə də piyada əleyhinə və partlamış hərbi-sursat aşkar edildiyini diqqətə çatdırıb:

“Burda aşkar olunan tank əleyhinə minaların spesifik xüsusiyyətləri ondan ibarət idi ki, əksəriyyəti plastik gövdəyə malik idi. Buna kimi bir çox yerlərdə təmizləmə əməliyyatları aparmışıq, həmin ərazilərdə daha çox metal gövdəli minalara rast gəlinirdi. Amma bu yerlərdə xüsusən plastik minalar daha çox aşkarlanıb. Bu da minaxtaranların işlərini bir qədər çətinləşdirirdi. Bu da düşmən tərəfindən qoyulan tələlərdir. Bundan başqa tələlər də var. Minomyot mərmisinə bağlanmış xüsusi tellər var ki, kənardan idarə olunaraq partladılır”.




Baxış sayı: 950
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30