FACT-INFO.AZ » İQTİSADİYYAT » “Eurasia Review”: İkinci Qarabağ müharibəsi Ermənistan üçün ciddi iqtisadi problemlər yaradıb
20-04-2021, 12:45 | İQTİSADİYYAT
“Eurasia Review”: İkinci Qarabağ müharibəsi Ermənistan üçün ciddi iqtisadi problemlər yaradıb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Orxan Bağırovun “Suveyş kanalının bağlanması Orta Koridorun əhəmiyyətini ortaya qoydu” sərlövhəli məqaləsi Aİ-nin nüfuzlu “Modern Diplomacy” portalında, “İkinci Qarabağ müharibəsinin Ermənistan üçün iqtisadi nəticələri” başlıqlı məqaləsi isə ABŞ-ın “Eurasia Review” nəşrində dərc edilib.

“Süveyş kanalının bağlanması Orta Koridorun əhəmiyyətini ortaya qoydu” sərlövhəli məqalədə Süveyş kanalının yük gəmilərinin hərəkəti bağlanması nəticəsində yaranan böhranın Orta Dəhlizin əhəmiyyətini artırmasından bəhs olunur. Qeyd edilir ki, Süveyş kanalında yaşanan böhran beynəlxalq yükdaşımaların bu marşrutdan asılılığının yaratdığı risklər barədə suallar doğurub. Bildirilib ki, ona görə də bir sıra dövlətlər bu marşruta alternativ marşrutları təklif və təbliğ etməyə başlayıblar. Belə ki, Rusiya tərəfindən Süveyş kanalından keçən yola alternativ kimi Şimal dənizi marşurtu, İran tərəfindən isə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi irəli sürülüb.

Müəllif hesab edir ki, Suveyş kanalına alternativ yola çevrilmək imkanlarına malik olan əsas yol Şərq-Qərb Nəqliyyat Dəhlizidir (Orta Dəhliz). Çünki bu dəhliz həm ənənəvi nəqliyyat yolları, həm də təklif edilən alternativlər ilə müqayisədə bir sıra üstünlüklərə malikdir. Transsibir dəmir yolu ilə müqayisədə Orta Dəhliz 2 min kilometr qısadır və daha əlverişli iqlimə malik ərazilərdən keçir. Ənənəvi dəniz yolu ilə müqayisədə isə bu marşrutla yükləri Çindən Avropaya 3 dəfə daha tez çatdırmaq mümkündür. Təklif edilən digər alternativ yola gəldikdə, Şimal dənizi marşrutu ilin böyük hissəsi qarla örtülü olur və bu marşrut üzrə yükdaşımalar üçün xüsusi təyinatlı gəmilərə ehtiyac var. “Şimal-Cənub” Nəqliyyat Dəhlizi isə Süveyş kanalına birbaşa rəqib ola bilməz. Çünki bu dəhliz Süveyş kanalı kimi, Şərqi Asiyanı Avropa ilə deyil, Hind okeanı və Fars körfəzini Şimali Avropa ilə əlaqələndirmək üçün nəzərdə tutulub. Şimal-Cənub dəhlizi yalnız Orta Dəhlizə inteqrasiya olunduğu halda Süveyş kanalı üçün alternativə çevrilə bilər. Ona görə də Orta Dəhlizin malik olduğu üstünlüklər və digər alternativlərin çatışmaz tərəfləri onu Süveyş kanalından keçən marşrut üçün ən yaxşı alternativə çevirir.

“İkinci Qarabağ müharibəsinin Ermənistan üçün iqtisadi nəticələri” başlıqlı məqalədə isə əsas diqqət İkinci Qarabağ müharibəsinin Ermənistan üçün yaratdığı iqtisadi problemlərə yönəlib. Məqalədə qeyd edilir ki, müharibə nəticəsində Ermənistanın itirdiyi hərbi texnikanın dəyəri 3,8 milyard dollardan çoxdur və bu, işğalçı ölkənin son 10 ildəki ümumi hərbi xərclərinin 77 faizə qədərini təşkil edir. Bu, böyük maliyyə zərəri olmaqla yanaşı, Ermənistan ordusunun döyüş potensialını tamamilə itirməsi deməkdir.

Diqqətə çatdırılır ki, müharibə nəticəsində Ermənistanda enerji, kənd təsərrüfatı və maliyyə sahələrində də ciddi problemlər yaranıb. Əvvəla, Ermənistan işğal altında olmuş ərazilərdəki 36 su elektrik stansiyasından 30-u üzərində nəzarəti itirib. Bu stansiyalar işğal altındakı ərazilərin enerji tələbatının 53 faizini, Ermənistanın enerji təchizatının isə 7 faizini təşkil edirdi. Ermənistan enerji istehsalı ilə yanaşı, işğaldan azad edilmiş ərazilərdə 150 min ton müxtəlif taxıl məhsullarının yetişdirildiyi 90 min hektar əkin sahəsindən də məhrum olub. Bu sahələrdə istehsal edilən taxıl məhsulları Ermənistanın yerli tələbatının 25 faizini ödəyirdi. Bu itkilər nəticəsində Ermənistan enerji və ərzaq çatışmazlığı ilə üz-üzə qalıb. Müharibə, eyni zamanda, Ermənistanın maliyyə sektoruna da böyük təsir göstərib. Müharibə dövründə hərbi xərclərin artması nəticəsində Ermənistan büdcə xərclərini çoxaldıb (85 milyon dollar) və nəticədə 2020-ci ildə büdcə xərclərinin ÜDM-də payı 27 faizə, büdcə kəsrinin ümumi daxili məhsulda payı isə 7,6 faizə çatıb. Artan xərcləri qarşılamaq üçün Ermənistan xarici borc cəlb etməli olduğundan, dövlət borcu artaraq təhlükəli səviyyəyə - ÜDM-in 66,5 faizinə çatıb. Buna görə də hazırda Ermənistan 2021-ci ilin büdcə layihəsini icra etməkdə çətinlik çəkir.

Bildirilir ki, müharibə Ermənistanda həm də makroiqtisadi göstəricilərin pisləşməsinə yol açıb. Belə ki, 2020-ci ilin yekunlarına görə, ÜDM 8,5 faiz azalıb və bu, regionda ən pis göstəricidir. Bundan başqa, müharibə başladıqdan sonra Ermənistanın milli valyutası 8,6 faiz ucuzlaşıb.

Məqalənin sonunda qeyd edilir ki, müharibənin Ermənistan üçün uzunmüddətli dövrdə ciddi mənfi iqtisadi nəticələri olacaq və onun maliyyə təhlükəsizliyini sarsıdacaq.




Baxış sayı: 1 193
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30