Müvafiq əmr ilə təsdiqlənmiş Tədbirlər Planına əsasən, ümumi təhsil müəssisələrində istedadlı şagirdlərin iştirakı ilə professor Lütfi Zadənin elmi yaradıcılığına həsr olunmuş “Dəyirmi masa”, “Açıq dərs” və bilik yarışlarının təşkili, onun həyat və fəaliyyətini əks etdirən real və virtual sərgilərin nümayişi nəzərdə tutulur.
Məktəblilər arasında Lütfi Zadənin 100 illiyinə həsr olunmuş məntiq, riyaziyyat və informatika olimpiadaları, ümumşəhər konfransı keçiriləcək.
Həmçinin görkəmli şəxsiyyətin həyat və yaradıcılığına dair multimedia resurslarının hazırlanması, açıq internet (“YouTube”, “Wikipedia “və s.) resurslarına və video.edu.az portalına yerləşdirilməsi planlaşdırılır. Bundan başqa, “Azərbaycan müəllimi” qəzetində və “Azərbaycan məktəbi” jurnalında Lütfi Zadənin həyatı və elmi yaradıcılığına həsr olunmuş məqalələr dərc ediləcək.
Baxış sayı: 808
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

