FACT-INFO.AZ » XƏBƏR » Kimin biliyi, kimin biləyi
25-04-2016, 11:40 | XƏBƏR
Kimin biliyi, kimin biləyi

Azərbaycanda da bu idman növlərini layiqincə təmsil edən idmançılarımız var. Cüdo, sambo, güləş, ağırlıqqaldırma və s. kimi idman növlərində idmançılarımız dəfələrlə dünya, olimpiya, avropa çempionatlarında təmsil olunmuş, yüksək nailiyyətlər qazanmışlar.
Son dövrlər Türk birliyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bütün bu addımlar Türk birliyinin bir-birinə yaxınlaşması baxımından vacibdir. Artıq Türkdilli Ölkələrin Parlament Assambleyası da beynəlxalq təşkilat kimi dünyada öz sözünü deməkdədir. Bu vaxta kimi Türkdilli ölkələr bir sıra işlərə imza atmışdır. Dilimizin, tariximizin və milli –mənəvi dəyərlərimizin bir-birinə yaxınlaşdırılması üçün mühüm qərarlar verilmiş, birgə layihələr həyata keçrilmişdi. Bunlardan biri də Türk xalqlarının döyüş sənəti kimi özünü təsdiq edən Alpaqut idman mədəniyyəti baxımından böyük uğrdur. Alpaqut Turan  ellərində yaşayan, Türk xalqlarının ortaq mədəniyyətini, dünya görüşünü təmsil və təbliğ edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirən, xüsusilə qədim Türklərin döyüş mədəniyyətini, müasir döyüş sənəti üzərində konsepsiyalaşdıran bir idman növüdür. Alpaqut döyüş sənəti, Türk xalqlarının döyüş mədəniyyətindən qaynaqlandığı üçün, bu idman növünün markası Turan Döyüş Sənəti adlanır. Bu idman növü 3 sistemli yarışma qaydalarından ibarətdir. Aypara, Batur, Caymaz. Qısa olaraq A B C də demək olar. Azərbaycanda ilk dəfə alpaqut döyüş sənətini Beynəlxalq Dərəcəli İdman ustası Kutsan Vasif Namazov yaratmış və inkişaf etdirmişdi. İndi bu idman növü üzrə ölkəmizdə bir sıra klublar fəaliyyət göstərir və gənclərimizi milli -mənəvi dəyərlərin qorunub saxlanmasında, idmanın inkişafında böyük işlər görür. Bunlardan biri də Alpaqut Turan Eli Klubunun yaradıcısı, Beynəlxalq Dərəcəli İdman ustası, üçüncü dan qara kəmər sahibi, dəfələrlə bayrağımızı yüksəklərə qaldıran Bəhruz Xudaverdiyevdi. O, uzun illər bir sıra idman məktəblərində tələbələrin hazırlanmasında öz bilik və bacarığını əsirgəməmişdir. Bu yaxınlarda Gürcüstanın Batumi şəhərində “ Avrasiya” kuboku üzrə yarışlara qatılmış, Beynəlxalq dərəcəli idman ustası adına layiq görülmüşdür. Bu gün B. Xudaverdiyev bir məşqçi kimi öz bilik və bacarığını gənc nəslə, oğlan və qızlarımıza öyrətməkdə davam edir. O, şəhərin bir neçə istiqamətində məşqçi kimi fəaliyyəti göstərir. Bu idman növü ilə maraqlananlar B. Xudaverdiyevin yaratdığı “Alpaqut Turan Eli” klubuna müraciət edə bilərlər. Məşğələlər həftədə üç dəfə olmaqla, 2 saat təşkil edir. Məşqlər fərdi və qrup halında aparılır. Qeyd: Alpaqut döyüş növü, əlbəyaxa, özünümüdafiə, hər növ soyuq silahdan qorunmaq üçün məşğələlər həyata keçirir.
Vüqar Əsgər




Baxış sayı: 2 023
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30