Dövlət başçısı qeyd edib ki, ermənilərin bizim şəhər və kəndlərimizə nələr etdiklərindən az-çox xəbərimiz vardı:
“Zaman-zaman videolarda görürdük, həmin ərazilərə gedən beynəlxalq nümayəndələrin verdiyi məlumatları eşidirdik. Lakin azad etdiyimiz ərazilərdəki dağıntıların bizim gözlədiyimizdən də artıq olduğunu gördük”.
“Biz anlamalıyıq ki, torpaqlarımız 30 il işğal altında olub. Biz ailə üzvlərini itirənlərin və öz torpaqlarında yaşamaq kimi əsas hüququndan məhrum olanların xatirəsini unuda bilmərik”.
Dövlət başçısı qeyd edib ki, biz erməni ordusunun törətdiyi vəhşilikləri unuda bilmərik:
“Biz Ermənistan və qondarma Dağlıq Qarabağ rejimi liderləri tərəfindən təşkil edilmiş Xocalı soyqırımını və Xocalı soyqırımının günahsız qurbanlarını unuda bilmərik və heç vaxt da unutmayacağıq. Bu xatirənin bizimlə olmağı vacibdir və biz onu ürəyimizdə saxlayacağıq. Eyni zamanda biz gələcəyə baxmalıyıq”.
Baxış sayı: 870
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

