40 mərasimində Bütöv Azərbaycan Ocaqlarının (BAO) rəhbərliyi və üzvləri, ölkənin elmi-pedaqoji ictimaiyyətinin nümayəndələri, Cəlilabad rayonunun ziyalıları və kənd əhalisi iştirak ediblər.
Öncə Dilavər bəyin məzarı ziyarət olunub və məzarı üstünə Bütöv Azərbaycan Ocaqları (BAO) adından əklil qoyulub. Bütöv Azərbaycan Ocaqları başqanı Zahir Əlisoy, BAO başqanının Humanitar məsələlər üzrə müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlı, BAO başqanınınTürk dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli, tarix üzrə fəlsəfə doktoru, dosent Hacı Həsənov, Zahid Usubov, BAO Mərkəzi Şurasının üzvü Paşa Həsənli və b. çıxış edərək Dilavər bəyin tarixçi alim, pedaqoq, Bütöv Azərbaycan Ocaqlarının qurucu üzvlərindən biri kimi milli azadlıq mücadiləsindəki fəaliyyətindən, orta yüzillər və çağdaş Azərbaycan tarixinin araşdırılmasında gördüyü diqqətəlayiq işlərdən danışıblar. Çıxışçılar Dilavər Əzimlinin çox dəyərli bir ziyalı, vətən və millət üçün gərəkli bir insan olması haqqında öz fikirlərini bölüşmüş, mərhum haqqında maraqlı xatirələrini çatdırmışlar.
Tədbirdə D.Əzimlinin vəfatının Azərbaycan elmi və Bütöv Azərbaycan mücadiləsi üçün ağır itki olması bir daha vurğulanmışdır.
Sonda Dilavər bəyin ruhuna fatihə verilmiş və dualar oxunmuşdur.
Allah rəhmət eləsin, məkanı cənnət və ruhu şad olsun.
BAO İnformasiya Xidməti.
Baxış sayı: 950
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

