FACT-INFO.AZ » SİYASƏT » Türkiyə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi müharibə cinayətləri ilə bağlı hesabat hazırlayıb
7-04-2021, 08:55 | SİYASƏT
Türkiyə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi müharibə cinayətləri ilə bağlı hesabat hazırlayıb

Ombudsman Səbinə Əliyeva əvvəlcə Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbiri ziyarət edib. Sonra ombudsman Səbinə Əliyeva Türkiyə Ombudsman təsisatının fəaliyyəti ilə yaxından tanış olub. Azərbaycan ombudsmanı Səbinə Əliyeva və Türkiyənin Baş ombudsmanı Şərəf Malkoç ikitərəfli görüşdən sonra birgə mətbuat konfransı keçiriblər. Azərbaycan ombudsmanı Səbinə Əliyevanın Türkiyəyə rəsmi səfərini yüksək qiymətləndirən Şərəf Malkoç iki qardaş ölkə arasında insan hüquqlarının qorunması istiqamətində əməkdaşlıq əlaqələrinin inkişafını yüksək dəyərləndirib. Diqqətə çatdırılıb ki, bu sahədə qarşılıqlı münasibətlər ikitərəfli formatda və beynəlxalq platformalarda davam edir. Tarixi Zəfər münasibətilə təbriklərini çatdıran Şərəf Malkoç bildirib ki, şanlı Azərbaycan Ordusu işğal altındakı əraziləri düşməndən azad etməklə 30 ilə yaxın yurd-yuvasından didərgin düşən günahsız azərbaycanlıların hüquqlarını bərpa edib.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Türkiyə ilə bütün sahələrdə olduğu kimi, insan hüquqlarının qorunması istiqamətində də sıx əməkdaşlıq əlaqələrinin formalaşdığını deyən ombudsman Səbinə Əliyeva vurğulayıb ki, görülən işlər, aparılan məqsədyönlü siyasət nəticəsində ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsi həyat gerçəkliyinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın həyata keçirdikləri uğurlu siyasət nəticəsində ölkələrimizin tarixi əlaqələri durmadan inkişaf edir, əməkdaşlıq əlaqələrinin səviyyəsi keyfiyyətcə yeni mərhələyə keçir.

Türkiyənin bütün dövrlərdə Azərbaycanın haqq işini daim dəstəklədiyini, hər zaman beynəlxalq tribunalardan ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinin vacibliyini vurğuladığını diqqətə çatdıran Səbinə Əliyeva deyib: “Böyük fəxarət hissi ilə deyə bilərik ki, Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Türkiyə Prezidentinin açıq, birmənalı və sərt açıqlamaları, rəsmi Ankaranın daim Azərbaycanın yanında olması xalqımızı çox sevindirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək Vətən müharibəsində parlaq Qələbəmizə zəmin yaratdı”.

Şanlı Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsi dövründə dəvəti əsasında İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş ombudsmanı cənab Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfər missiyasını tarixi hadisə, əsl qardaşlıq yanaşması kimi dəyərləndirən Səbinə Əliyeva bildirib ki, Azərbaycan və Türkiyə ombudsmanları təcavüzkar Ermənistan terrorunun hədəfinə çevrilən Gəncə şəhərində birgə faktaraşdırıcı fəaliyyət həyata keçiriblər. Bu faktaraşdırıcı missiya ilə bağlı Bakıda Ombudsman Aparatında brifinq təşkil edilib və bu səfərin nəticəsi olaraq Azərbaycan və Türkiyə ombudsmanları birgə Bəyanat qəbul ediblər. Bu Bəyanatda Ermənistan tərəfindən ölkəmizin müxtəlif ərazilərinin mütəmadi olaraq atəşə tutulması, mülki əhali arasında tələfat və çoxsaylı dağıntılarla nəticələnən hücumlar qəti şəkildə pislənib, dünya ictimaiyyətinə bu hadisələrə ədalətli mövqe sərgiləmək üçün çağırış edilib.

Xatırladaq ki, Türkiyə Respublikasının Ombudsman Təsisatı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi müharibə cinayətləri ilə bağlı xüsusi hesabat hazırlayıb.




Baxış sayı: 914
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30