FACT-INFO.AZ » XƏBƏR » Rusiya Ermənistana “İskəndər-M” verməyibsə, Şuşada bu raketin qalıqlarının tapılması necə izah oluna bilər? - Deputat
4-04-2021, 09:10 | XƏBƏR
Rusiya Ermənistana “İskəndər-M” verməyibsə, Şuşada bu raketin qalıqlarının tapılması necə izah oluna bilər? - Deputat

Bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, açıq mənbələrdəki məlumata görə, Rusiya Ermənistana “İskəndər - M” raketinin sadələşdirilmiş variantı olan, 280 km məsafəyədək uçan “İskəndər - E” raket kompleksi verib:

“Qeyd edək ki, bununla müqayisədə “İskəndər - M” raketi daha çox dağıdıcı qüvvəyə malikdir və 500 km-dək uzaqlıqda məsafə qət edə bilir.

Sual olunur, əgər Rusiya Ermənistana “İskəndər – M” raket kompleksi verməyibsə, Şuşada həmin raketin qalıqlarının tapılması necə izah oluna bilər? Ermənistan onda bu silahı haradan və necə əldə edib? Kim verib ona bu silahı?

Hərbi ekspertlərə yaxşı məlumdur ki, əgər bu raket partlasa idi, ətrafda böyük dağıntı törədər və böyük qırğına səbəb olardı. Ermənistanın bu silahdan əsas məqsədi də çoxlu sayda insanın ölümünə səbəb olmaq, azərbaycanlıların gözünü qorxutmaq idi. Ancaq Azərbaycan ordusunun rəşadəti və qəhrəmanlığı nəticəsində buna nail ola bilmədi.

Bu da reallıqdır ki, 44 günlük müharibə dövründə də Ermənistanın Azərbaycan ərazisini davamlı şəkildə raket atəşinə tutdu, Gəncə, Bərdə, Tərtər şəhərlərini böyük dağıdıcı qüvvəyə malik olan raketlərlə vurdu. Məhz bu səbəbdən çoxlu sayda mülki insan qətlə yetirildi və yaralandı. Həmin dövrdə baş verən hadisələr bir daha göstərdi ki, Ermənistan ordusu tərəfindən qadağan olunmuş silahlardan, o cümlədən kasetli bombalardan istifadə olunur.

Bu, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə əməl etmədiyinin, hətta onları pozmaqdan çəkinmədiyinin, qadağan olunmuş silahlardan istifadə etdiyinin göstəricisidir.

Bu, cinayət əməlidir. Bu məsələyə beynəlxalq qurumlar ciddi reaksiya verməli, Ermənistanı bu kimi əməllərdən çəkindirməlidirlər. Ermənilərin bu hərbi cinayətləri törətməsinin səbəblərindən biri də bu əməllərin qınanılmaması və bu ölkəyə sanksiyaların tətbiq edilməməsidir”.




Baxış sayı: 854
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30