FACT-INFO.AZ » XƏBƏR » "Azərbaycan xalq musiqisinə qarşı erməni plagiatı"
1-04-2021, 08:45 | XƏBƏR
"Azərbaycan xalq musiqisinə qarşı erməni plagiatı"

Fact-info.az-ın məlumatına görə, Bakı Musiqi Akademiyasından AZƏRTAC-a bildirilib ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Elmi-praktiki konfransın moderatoru BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə konfransın əhəmiyyətini vurğulayaraq, ilk olaraq Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycanın və SSRİ-nin Xalq artisti, professor Fərhad Bədəlbəylinin konfrans iştirakçılarına ünvanlanan videomüraciətini səsləndirib. Fərhad Bədəlbəyli "Azərbaycan xalq musiqisinə qarşı erməni plagiatı" mövzusunda konfransın keçirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, ermənilərin musiqimizə, mədəniyyətimizə qarşı apardıqları təcavüzkar siyasətlərinin kökü çox qədimlərə söykənir. Ermənilər məqsədyönlü şəkildə daima saxtakarlığa əl ataraq, musiqimizi özününküləşdirməyə cəhd etsələr də, buna nail ola bilməmişlər, ona görə ki, Azərbaycanın dəyərli musiqişünas alimləri, elm xadimləri, sənətkarları ermənilərin plagiat fəaliyyətini sübut edərək , Azərbaycan müəlliflərinin əsərlərinin və folklor nümunələrinin erməniləşdirilməsi cəhdlərinə qarşı mübarizə aparmışlar.

Tədbirdə "Xor dirijorluq" kafedrasının baş müəllimi Dilarə Quliyevanın rəhbərliyi altında, fortepiano fakültəsinin Musiqi müəllimliyi kafedrasının III kurs tələbələrinin ifasında "Laçın" xalq mahnısının videoroliki nümayiş etdirilib.

BMA-nın tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, pedaqoji elmlər namizədi, professor Nərminə Quliyeva, mövzusunun xüsusi aktuallığını və daha geniş müstəvidə müzakirə olunmasını, beynəlxalq səviyyədə araşdırılaraq dünya ictimaiyyətinə çatdırılmasının vacib olduğunu söyləyib.

BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazədə konfransda təqdim olunan mövzunun xalqımız üçün ağrılı olduğunu, dönə-dönə bu mövzuya müraciət etməyimizə baxmayaraq hər dəfə yeni-yeni erməni saxtakarlığının inanılmaz faktları ilə qarşılaşdığımızı bildirib. Ermənilərin bizim mədəni irsimizə vurduqları ziyanın dünya ictimaiyyətinə çatdırılmasının strateji məna daşıdığını diqqətə çatdıran Gülnaz Abdullazadə bildirib ki, keçirilən konfrans ermənilərin musiqimizə qarşı apardıqları işğalçı siyasətinə son qoyulmasında önəmli addımlardan olacaqdır.

Hesabat xarakterli məruzə ilə çıxış edən BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə "Azərbaycan xalq musiqisinə qarşı erməni plagiatı" mövzusunda elmi laboratoriyanın alimlərinin xüsusi əzmlə çalışdıqlarını və əldə etdikləri elmi-nəzəri sübutların geniş ictimaiyyətə çatdırılmasının önəmliyini diqqətə çatdırıb.

Konfransda elmi məruzələr dinlənilib. Çıxış edən alimlər müxtəlif aspektlərdə maraqlı faktlar, sübutlar təqdim edərək Azərbaycan xalqının mədəni irsinin ermənilər tərəfindən mənimsənilməsini ifşa ediblər. Çıxışlararası səsləndirilən musiqi nömrələri konfrans iştirakçıları tərəfindən xüsusi rəğbətlə qarşılanıb.




Baxış sayı: 770
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30