FACT-INFO.AZ » İQTİSADİYYAT » Azad edilmiş ərazilərdə yaradılan nəqliyyat strukturunun Azərbaycana gətirəcəyi faydalar
31-03-2021, 09:45 | İQTİSADİYYAT
Azad edilmiş ərazilərdə yaradılan nəqliyyat strukturunun Azərbaycana gətirəcəyi faydalar

Fact-info.az-ın məlumatına görə bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, bu işlər başa çatdırıldıqdan sonra regionda yeni bir mərhələ başlayacaq, ölkəmizin nəqliyyat-logistika və tranzit imkanları xeyli artacaq:

“Əlbəttə bütün bu işlər Azərbaycanı yeni nəqliyyat qovşağına çevirir. Bildiyiniz kimi 10 noyabr sazişinin əsas məqamlarından biri də regionda kommunikasiyaların açılmasıdır. 44 günlük Vətən müharibəsində qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq imkanı yaradacaq.

Bunlardan ən önəmlisi olan Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər hissəsi arasında nəqliyyat kommunikasiyalarının bərpa edilməsi regionda yeni mərhələnin başlanmasına zəmin yaradır”.

Deputat vurğulayıb ki, Naxçıvanla kommunikasiyanın bərpa edilməsi Azərbaycana hən iqtisadi, həm də siyasi baxımdan böyük dividentlər gətirəcək: “Əvvəla Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında dəhlizin yaradıması qardaş Türkiyədən Orta Asiyaya uzanan quruyolun təmin edilməsinə imkan verəcək. Həmçinin bu yol Türkiyə ilə Rusiya arasında yeni kommunikasiyanı təmin edəcək.

Bu amil eyni zamanda Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin artmasına, yük daşınmalarının daha asan və rahat şəkildə həyata keçirilməsinə səbəb olacaq. Azərbaycanın tranzit ölkəsi kimi əhəmiyyətinin artması ilk növbədə ölkəmizə böyük gəlirlər gətirəcək, yeni iş yerlərinin açlımasına səbəb olacaq, ümumilikdə iqtisadi inkişafımıza mühüm töhfə verəcək”.

Deputat qeyd edib ki, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə yeni hava limanlarının inşası ölkəmizin hava nəqliyyatı baxımından da tranzit ölkə kimi əhəmiyyətini artıracaq: “Eyni zamanda yeni hava limanları ölkəmizə sərnişin və turist axınını artıracaq, həmçinin ölkə daxilində sərnişinlərin hərəkətini asanlaşdıracaq. Eyni zamanda yeni hava limanları Azərbaycanın ixrac potensialını xeyli artırmış olacaq. Belə ki, həm işğaldan azad edilmiş ərazilərimizdə, həm də yaxın regionlarda istehsal olunan məhsulların xaricə ixracı üçün yeni hava limanlarnın rolu böyük olacaq.

Qafqaz-Asiya-Avropa regionlarında siyasi-iqtisadi, mədəni-humanitar mənzərənin dəyişməsinə ciddi şəkildə təsir göstərəcəkdir. Eyni zamanda, zəngin iqtisadi resursları, təbiəti, turizm potensialı, transnəqliyyat və logistika imkanları, iqlim xüsusiyyətləri ilə Azərbaycan beynəlxalq investisiya və cəlbedici turizm zonasına çevrilmək imkanlarına malik olacaqdır.

Bundan əlavə yeni nəqliyyat infrastrukturu Azərbaycanın etibarlı siyasi güc mərkəzi kimi regional nəqliyyat-logisitika qovşağında aparıcı rol oyanamaqla mövqelərini daha da gücləndirəcək, iqtisadi və sərmayə resurslarının şaxələndirilməsini təmin edəcək”.




Baxış sayı: 879
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30