Fact-info.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Slovakiya xarici və Avropa işləri naziri İvan Korçokla görüşdən sonra keçirilən brifinqdə xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Xarici işlər naziri deyib ki, 10 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli bəyanatlar regionda yeni imkanlar yaradır:
“Azərbaycanın mövqeyi beynəlxalq hüquq və normalara əsaslanıb. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi daxilində dövlətlərarası münasibətlərin normallaşmasını olduqca vacib hesab edirik. Üçtərəfli bəyanatlar nəqliyyat-kommunikasiyanın bərpası, ticarət əlaqələri üçün böyük imkanlar yaradır. Digər bölgə ölkələri kimi, Ermənistan da sülhün faydasını görəcək. Bunun üçün ölkələr üzərinə götürülən öhdəlikləri dürüst yerinə yetirməlidirlər. Ancaq bəzi hallarda biz hələ də Ermənistandan konstruktiv yanaşma görmürük. Üçtərəfli bəyanata əsasən, Ermənistan bütün hərbi birləşmələri Azərbaycan ərazisindən çıxarmaq barədə öhdəlik götürüb. Ermənistan Azərbaycana ərazisinə hərbçilər göndərmək cəhdlərinə son qoymalıdır. Bu, bölgədə sülh və təhlükəsizliyə təhdid yaradır. Bilavasitə və dolayısı ilə hərbi əməliyyatlara yönəlik bütün addımlara son qoyulmalıdır".
Baxış sayı: 974
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

