Fact-info.az bildirir ki, bu sözləri Kult.az-a açıqlamasında antropoloq-arxeoloq, tarixçi Kərəm Məmmədov Azıx mağarasının prioritetlərindən bəhs edərkən deyib.
O bildirib ki, sözügedən mağara Məmmədəli Hüseynov tərəfindən aşkar edilib və o vaxtki hesablamalara görə, Azıx mağarası dünyanın abidələr üzrə dördüncü tapıntısıdır:
“Monre Çerçio mağarası və bu kimi digər qədim insan yaşayış məskənləri, Azərbaycan sərhədlərindən heç də uzaq olmayan Dmanisi Trop abidəsi Azıx mağarasından sonra kəşf olunub. Bu isə Azərbaycanın qədim dövrdə insanların yaşayış məskəni olduğunu sübut edir. Təəssüf ki, indiyə qədər ermənilər onu silah anbarı kimi istifadə edib. Fransa səfiri ilə söhbət əsnasında da bunu vurğulamışam: Çox təəssüf ki, bəzi ölkələrin nümayəndələri (Fransa və İspaniya nəzərdə tutulur – red.) qeyri-qanuni olaraq Azərbaycandan icazəsiz orada qazıntı işləri aparıb. Ermənilərin fəaliyyətini Ağdam timsalında aydın görürük. Belə ki, Ağdama “XXI əsrin Xirosiması” demək mümkündür. Atom bombasından istifadə edilərək dağıdılan Xirosima Ağdam qədər yerlə-yeksan edilməyib. Ölünün məzardan çıxarılması qədər böyük vəhşilik heç yerdə görülməyib. Nə yaxşı ki, bu gün bu dünya əhəmiyyətli abidə bizim nəzarətimizdədir”.
K.Məmmədov qeyd edib ki, bir antropoloq-arxeoloq kimi orada araşdırmanı davam etdirməyi düşünür:
“Möhtərəm Prezident İlham Əliyev alimlərə səslənib və biz alimlər onun çağırışına səs verməliyik. Bu yay tələbələrimizi təcrübəyə Azıx mağarasına aparmaq planımız var”.
Baxış sayı: 971
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

