FACT-INFO.AZ » İQTİSADİYYAT » “Zəngəzur dəhlizi regional əməkdaşlığı stimullaşdıracaq”
10-03-2021, 09:35 | İQTİSADİYYAT
“Zəngəzur dəhlizi regional əməkdaşlığı stimullaşdıracaq”

Məqalədə Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Federasiyasının Prezidenti arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın bütün region ölkələri üçün geniş əməkdaşlıq imkanları yaratdığı qeyd edilir. Müəllif bu bəyanatın imzalanması ilə 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən, sonda Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən İkinci Qarabağ müharibəsinin başa çatdığını vurğulayır.

Müəllif qeyd edir ki, bəyanatda yalnız hərbi əməliyyatların tam dayandırılması deyil, həm də Cənubi Qafqazdakı təxminən 30 il ərzində Ermənistanın işğalçılıq siyasəti səbəbindən məhdudlaşdırılmış bütün nəqliyyat əlaqələrinin bərpası nəzərdə tutulur. Bu məqsədlə bölgədəki bütün iqtisadi nəqliyyat əlaqələrinin bərpa ediləcəyi və Ermənistanın Azərbaycan Respublikasının qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasındakı nəqliyyat əlaqələrinin Zəngəzur dəhlizi vasitəsilə təhlükəsizliyinə zəmanət verməsi ilə bağlı müddəa həmin bəyanatın 9-cu bəndində öz əksini tapıb.

Bildirilir ki, Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidenti arasında 2021-ci il yanvarın 11-də baş tutmuş üçtərəfli görüş zamanı nəqliyyat-kommunikasiya sistemlərinin bərpası əsas müzakirə mövzusu olub. Görüş zamanı imzalanan yeni bəyanata əsasən, 10 noyabr bəyanatının 9-cu bəndinin müddəalarını icra etmək üçün Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrupu yaradılıb. Üçtərəfli işçi qrupunun iclasında isə Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidentinin 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanatın həyata keçirilməsi, dəmir yolu və avtomobil yolunun salınmasının prioritet məsələ kimi icra olunması, eləcə də üç ölkə rəhbəri arasında razılaşdırılmış digər istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı əsas fəaliyyət istiqamətlərinin siyahısı hazırlanıb.

Vurğulanır ki, əməkdaşlıq və nəqliyyat baxımından Zəngəzur dəhlizinin yaradılması Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış sənədlər arasında ən mühüm element hesab edilir və bu, Ermənistan da daxil olmaqla bütün regional ölkələrin maraqlarına xidmət edir. Azərbaycan bölgədə davamlı sülhün bərqərar edilməsi üçün əsas vasitənin əməkdaşlıqda görür və buna görə də Zəngəzur dəhlizin yaradılması və nəqliyyat əlaqələrinin bərpasını qətiyyətlə dəstəkləyir.

Müəllif Zəngəzur dəhlizi ilə bağlı 2021-ci il fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı zamanı söylədiyi fikirləri sitat gətirərək qeyd edir: “Bu gün biz onu müzakirə edirik ki, bölgədə davamlı, dayanıqlı sülh və təhlükəsizlik olsun. Bunun yeganə yolu isə əməkdaşlıqdır. Bizim məqsədimiz artıq üçtərəfli qaydada – Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaqdır”.

Qeyd olunur ki, Zəngəzur dəhlizinin yaradılması ilə Avrasiyanın nəqliyyat şəbəkəsinin yeni bir damarı açılacaq və bu da bölgə ölkələri arasında iqtisadi və ticarət əlaqələrinə müsbət təsir göstərəcək. Türkiyə bu dəhlizdən istifadə edərək əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana birbaşa quru yolu əldə edəcək ki, bu da öz növbəsində ikitərəfli iqtisadi və turizm əlaqələrinin daha inkişafına şərait yaradacaq. Digər tərəfdən, Zəngəzur dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya bir ticarət qapısı rolunu oynayacaq və bu ölkənin Türk dünyası ilə iqtisadi əlaqələrini gücləndirməsinə imkan verəcək.

Müəllif bildirir ki, Ermənistan Zəngəzur dəhlizinin qeyd olunan üstünlüklərindən yalnız öz qonşularına qarşı 30 ilə yaxındır həyata keçirdiyi təcavüzkar siyasət əvəzinə daha çox regional əməkdaşlığı seçərsə faydalana bilər: “Ermənistan iqtisadi blokadadan çıxmaq və iqtisadi inkişaf imkanları əldə etməyi istəyirsə, bunun yeganə yolu regional əməkdaşlığa qoşulmaqdan keçir. Əks təqdirdə, Ermənistanda yüksək işsizlik səviyyəsi, mühacirət və yoxsulluqla müşayiət olunan oxşar iqtisadi vəziyyət hökm sürəcək və ölkə uzunmüddətli iqtisadi inkişaf perspektivləri fürsətini əldən verəcək”. Müəllif Zəngəzur dəhlizinin yaradılması və bütün iqtisadi kommunikasiyaların bərpası ilə bölgənin xarici investorlar üçün cəlbediciliyini də artıracağını bildirir. Uzun illərdir Cənubi Qafqazda bir sıra mühüm enerji və nəqliyyat layihələrinin həyata keçirilməsinə baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsi biznes mühitinə mənfi təsir göstərmiş və nəticədə Ermənistan özünü bütün regional layihələrdən kənarda qoymuşdur. Artıq münaqişənin başa çatması ilə bütün region ölkələri qarşısında bölgənin iqtisadi potensialından tam istifadə etmək, fərqli layihələrin həyata keçirilməsi üçün əlavə sərmayələr cəlb etmək imkanı yaranıb.

“Zəngəzur dəhlizinin bölgə dövlətləri üçün təqdim etdiyi bütün imkanlar onu göstərir ki, bu dəhlizin reallaşması regional nəqliyyat şəbəkələrinin genişlənməsinə səbəb olacaq və bölgə ölkələri arasında qarşılıqlı iqtisadi əlaqələri stimullaşdıracaq. Bu dəhliz, həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və Orta dəhliz kimi beynəlxalq nəqliyyat dəhlizləri daxilində bölgənin əhəmiyyətini daha da artıracaq. Dəhlizin iqtisadi faydaları ilə yanaşı, onun reallaşması nəticəsində iqtisadi əlaqələrin genişlənməsi də bölgədə davamlı sülhün və təhlükəsizliyin qorunub saxlanmasına əhəmiyyətli dərəcədə töhfə verəcək. Dayanıqlı iqtisadi inkişaf və sülh isə, öz növbəsində, gələcəkdə zərərli millətçi fikirlərin yayılmasının və yeni münaqişələrin yaranmasının qarşısını alacaqdır”, – deyə sonda müəllif vurğulayır.




Baxış sayı: 1 138
Şəfa verən əllər – Kamil Bəkirov Bu gün, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Bu gün, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Bu gün, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Bu gün, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Bu gün, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Bu gün, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb Dünən, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub Dünən, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib Dünən, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir Dünən, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans Dünən, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram Dünən, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib Dünən, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib Dünən, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb 16-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031