FACT-INFO.AZ » AKTUAL » Qarabağda mədəni irslə bağlı mövcud vəziyyətin obyektiv qiymətləndirilməsi zəruridir – Fransalı deputatın Parisin "lagazetteaz.fr" qəzetinə müsahibəsi
2-03-2021, 10:10 | AKTUAL
Qarabağda mədəni irslə bağlı mövcud vəziyyətin obyektiv qiymətləndirilməsi zəruridir – Fransalı deputatın Parisin "lagazetteaz.fr" qəzetinə müsahibəsi

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, bunu "lagazetteaz.fr" onlayn fransız qəzetinə müsahibəsində Fransa Mili Assambleyasının deputatı Frederik Düma deyib.

“Düşünürəm ki, UNESCO missiyasının təşkili çox önəmlidir, çünki bu missiya olanları daha obyektiv şəkildə göstərəcək. Bizim də bir qrup fransız deputatı ilə Qarabağa səfərimizin əsas məqsədi ərazilərin işğaldan sonra hansı vəziyyətə salındığını göstərmək idi”-deyə o qeyd edib.

Düma qeyd edib ki , Azərbaycan multikulturalizmin, dinlər və mədəniyyətlərin mühafizə olunmasının əsas nümunəsidir və Bakıda sinaqoqlar, erməni kilsəsi, məscidlər bir-birilə qonşudur.

“Azərbaycan çoxmədəniyyətli, çoxdinli və azlıqların hüquqlarını qoruyan bir dövlətdir. Hesab edirəm ki, Azərbaycanın dünyəvi, mədəniyyət və dinləri qoruyan mutikultural bir ölkə olmasını daim təbliğ etmək lazımdır”, - fransalı deputat bildirib.

ATƏT-in Minsk Qrupunun fəaliyyətinə münasibət bildirən, Düma hesab edir ki, bu qurum ona verilən rolu, yəni neytrallıq, qərəzsizlik və ədalətlilik rolunu icra etməlidir: “Minsk Qrupu xalqların birgə yaşaya bilməsi üçün sülh yolunu göstərməli və imkanlar yaratmalıdır. Əlaqələri nizama salmaq lazımdır”-deyə fransalı deputat əlavə edib.

İkinci Qarabağ müharibəsi dövründə Fransa Milli Assambleyasında qəbul olunmuş "Dağlıq Qarabağ Respublikasının tanınmasının zərurəti" haqqında qətnamədən danışan Düma vurğulayıb ki, səsvermədə çox az sayda deputat iştirak etmişdi.

“Lakin bu sənəd qabul olunmuşdu. Fransada bəzi dairələr “Biz ermənilər sizə daha yaxınıq, biz də həmçinin xristianıq və s. ” deyən erməni icmasına inanaraq sanki onları qorumaq məqsədilə sözügedən qətnamənin lehinə səs verdilər. Fransa höküməti buna vaxtında heç bir münasibət bildirməməklə çox böyük səhvə yol vermiş oldu. Azərbaycanda bu qətnamədən sonra Fransaya qarşı artıq bir güvənszlik formalaşdı. Buna görə də, mən hesab edirəm ki, sözügedən qətnamənin qəbulu siyasi bir səhvdir”- deyə Düma əlavə edib.




Baxış sayı: 805
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30