Niderlandda fəaliyyət göstərən və faşist Qaragin Njdenin adını daşıyan radikal erməni təşkilatı yenidən təxribata əl atıb.
Niderlanddakı Azərbaycan səfirliyinin qarşısında qondarma və uydurma “soyqırımları anımı” aksiyasına çağırış məqsədilə sosial şəbəkələrdə və öz internet səhifələrində istifadə etdikləri elan posterində Azərbaycanın ən qanlı səhifəsi olan Xocalı soyqırımının qurbanlarını ermənilər kimi təqdim ediblər.
Avropa Azərbaycanlıları Media Qrupunun rəhbəri Emil Əliyev və digər fəal azərbaycanlılar ciddi araşdırmalar apararaq, ermənilərin yalanına qarşı dərhal reaksiya veriblər. Soydaşlarımız qısa zamanda sosial şəbəkələrdə kompaniyaya başlayaraq, Niderland, İtaliya və Avropanın digər ölkələrində yaşayan həmyerlilərimizlə bərabər səhifənin şərh və mesaj bölümünə yüzlərlə şərh və mesaj yazaraq həmin paylaşımı sildirməyə nail olublar.
Baxış sayı: 766
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

