FACT-INFO.AZ » SİYASƏT » Səfir İtaliya mediasını Xocalı soyqırımı ilə bağlı məlumatlandırıb
1-03-2021, 16:10 | SİYASƏT
Səfir İtaliya mediasını Xocalı soyqırımı ilə bağlı məlumatlandırıb

Xocalı soyqrımının 29-cu ildüönümü ilə əlaqədar Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə İtaliyanın “ElectoMagazine” və "La Voce Repubblicana" qəzetləri, habelə “Kmetro0” portalına müsahibələr verib.

Müsahibələrində diplomat Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Xocalı soyqırımı ilə bağlı həqiqətlər, torpaqlarımızın işğaldan azad edilməsindən sonra bölgədə yaranmış yeni vəziyyət kimi mövzularla bağlı jurnalistlərin suallarını cavablandırıb. Azərbaycanın İtaliyadakı Səfirliyi və İtaliyada Azərbaycan İcması Assosiasiyasının birgə təşkilatçılığı ilə Xocalı soyqrımının 29-cu ildönümünün anılması ilə əlaqədar videoformatda keçirilmiş "Bəşəriyyətin yaddaşına yazılan bir tarix" adlı konfrans və "Simurq quşu - Xocalının qanadları altında" adlı konsert-rekviyemdən ibarət tədbirə dair İtaliyanın nüfuzlu “Askanews” xəbər agentliyi tərəfindən videoreportaj hazırlanmış və həmin reportaj “Askanews” ilə yanaşı, “Il Sole 24 Ore”, “Notizie Tiscali”, “Yahoo Notizie”, “Quotidiano”, “Virgilio”, “Affari Italiani”, “Libero Quotidiano”, “Timgate”, “Today”, “Attivo News”, “Il Giornale d’Italia”, “Il Caledoiscopio”, “Solobuonumore”, “Vistosulweb” kimi mətbu orqanları tərəfindən də yayılıb. Habelə İtaliyanın nüfuzlu “İl Giornale” qəzeti, “Agenzia Nova”, “Giornale Diplomatico” kimi mətbuat orqanları tərəfindən Azərbyacanın İtaliyadakı Səfirliyinin Xocalı soyqırımı və onun anlmasının 29-cu ildönümü ilə əlaqədar hazırladığı mətubat açıqlaması dərc olunub.

“İl Giornale” qəzeti məlumatda, həmçinin Səfirliyin rəsmi facebook səhifəsindən canlı olaraq yayımlanmış tədbirin və səfir M.Əhmədzadənin rəsmi tvitter hesabından italyan dilində Xocalı soyqrımının 29-cu ildönümünü ilə əlaqədar paylaşılmış videonun keçid linkləri yerləşdirilib. Eləcə də, İtaliyanın “Il Nodo di Gordio” beyin mərkəzi, “Euractiv”, “Geopolitica”, “Lo Spessore”, “ElectoMagazine”, “Convicere” kimi mətbuat orqanları mövzu ilə əlaqədar olaraq bir sıra təqdiqatçılar və jurnalistlərin məqalələrinə yer verib.

Məqalələrdə insanlıq əleyhinə amansız vəhşiliklərlə yadda qalan Xocalı faciəsinin tarixi, faciə qurbanları barədə məlumat verilərək törədilmiş cinayətlərə dair Avropa İnsan Hüquqları Məhkəməsi qərarı və Avropa Şurası Nazirlər Komitəsinin bəyanatına istinadlar edilib, Xocalı qətliamının qurbanlarını anmaq məqsədilə bir sıra ölkələr tərəfindən sənədlərin qəbul edildiyi, bir çox beynəlxalq təşkilat və qurumlar tərəfindən bu qətliamın insan ləyaqəti üçün fəlakətli bir hadisə kimi tanındığı diqqətə çatdırılıb.

Bununla yanaşı, İtaliyanın nüfuzlu “İnsideover” portalı “Xocalı qırğını nədir” başlıqlı geniş məlumat dərc edib. Xocalı soyqırımı barədə məlumat almaq istəyən italyan oxuyucular üçün geniş mənbə olan məlumatda amansız faciənin baş vermə səbəbləri, faciənin törədilməsində birbaşa məsul olanlar, soyqırım qurbanları barədə məlumat verilib və sözügedən hadisələrə dair video material yerləşdirilib.




Baxış sayı: 725
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30