Azərbaycan Televiziyası Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar daha bir sənədli film çəkib.
AZƏRTAC-a “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Son döyüş ” adlı sənədli filmdə Xocalıda 3 nəfərdən ibarət bir ailənin öz evini ermənilərdən qəhrəmancasına qorumasından və düşmənə qarşı mübarizəsindən bəhs olunur.
Ailənin son nəfəslərinə kimi döyüşməsi həm də Azərbaycan xalqının həmin illərdə düşmənlə təkbaşına, heç kimdən dəstək almadan apardığı mübarizəni simvolizə edir.
Sənədli filmdə göstərilir ki, döyüş nəticəsində əvvəlcə ata, sonra ana şəhid olur. Ailənin tək övladı olan balaca oğlan isə sağ qalır. Bu oğlan və ümumilikdə Xocalıda sağ qalan digər uşaqlar söz verirlər ki, gələcəkdə Qarabağı işğaldan azad edəcəklər.
Ekran əsərində Vətən müharibəsində şəhid olan Xudayar Yusifzadənin ifasına da yer verilib.
İdeya müəllifi Ziya Ağa, ssenari müəllifi İlqar Fəhmi, quruluşçu rejissoru Vüsal Hacı Qadir olan sənədli filimin quruluşçu operatoru Anar Dadaşovdur. Sənədli filmdə Azər Həsənov, Fərhad Səmimi, Xuraman Nicat və Muxtar Baxşəli kimi aktyorlar yer alıb.
Baxış sayı: 811
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

