FACT-INFO.AZ » XƏBƏR » Azərbaycanlı səfirin Xocalı soyqırımına dair məqaləsi xarici mətbuatda
28-02-2021, 09:20 | XƏBƏR
Azərbaycanlı səfirin Xocalı soyqırımına dair məqaləsi xarici mətbuatda

Fact-info.az “Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan: Xocalıda baş verənlərə görə təəssüflənmirəm!” adlı məqaləni təqdim edir:

Bu il 26 fevral tarixində Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümüdür. Bu, erməni silahlı qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilən elə soyqırım idi ki, tarixdə belə qətliamlara az rast gəlinər. Xocalı soyqırımı iyirminci əsrin ən dəhşətli faciələri - Xatın və Hirosima ilə müqayisə edilə bilər.

Hər şey belə başladı. Ermənilər qədim Azərbaycan şəhəri olan Xocalını blokadaya aldılar. Şəhərdə bölgədəki yeganə hava limanı olduğu üçün strateji əhəmiyyətə malik idi. Bir ay davam edən hücumlar 25 fevral 1992-ci ildə daha da şiddətləndi. 1992-ci ilin 26 fevral gecəsində o dövrdə Xankəndində yerləşmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə erməni cinayətkar silahlı birləşmələri yeddi minədək insanın yaşadığı Xocalıya üç istiqamətdən hücum etdilər. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə cinayətkar erməni qoşunlarının vəhşilikləri nəticəsində 613 nəfər öldürüldü, 487 nəfər şikəst edildi, 1275 mülki şəxs - qocalar, uşaqlar, qadınlar əsir götürüldü, dözülməz işgəncələrə məruz qaldı, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Öldürülən 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca idi. Xocalı faciəsində 8 ailə tamamilə məhv edildi, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi.

Bir neçə gün sonra faciə yerinə gələn beynəlxalq jurnalistlərin, şahidlərin hekayələrini oxuduqda, necə deyərlər, “insanın tükləri biz-biz olur.” Onlar gördüklərini belə təsvir edirlər: qalaqlanmış cəsədlər, o cümlədən xüsusi amansızlıqla və qəddarlıqla qətlə yetirilən körpələr. Görünür ki, bir çoxu diri-diri yandırılmış, başları kəsilmiş, dəriləri soyulmuş, körpələrin gözlərinin çıxarılmış, hamilə qadınların qarınları yarılmışdı.

Rusiyalı televiziya müxbiri Yuri Romanov mülki şəxslərin öldürüldüyü yerə gəlişini belə xatırlamışdı: "Dəyirmi pəncərədən (vertolyotdan) baxıram və sözün əsl mənasında dəhşətli mənzərədən inanılmaz dərəcədə diksinirəm. Gün düşməyən yerlərində hələ də bozarmış qarın olduğu dağın ətəyində, saralmış otların üstündə cansız insalar uzanıb. Və yaxın üfüqə qədər uzanan bu nəhəng ərazi qadınların, qocaların, südəmər körpələrdən tutmuş yeniyetmələrə qədər bütün yaşlardan olan oğlan və qızların meyitləri ilə doludur…Gözləri çıxarılmış iki cəsəd - nənə və balaca bir qız. Mavi gödəkçəli kiçik bir qızın yanında boz saçlı başıyalın nənəsi üzü aşağı uzanıb. Nədənsə hər ikisinin ayaqları tikanlı məftillərlə bağlıdır və nənəsinin isə əlləri də bağlıdır. Hər ikisi də başından vurulub. Təxminən dörd yaşında olan kiçik qız son hərəkətində əllərini öldürülən nənəsinə uzadıb."

Londonun “The Times” qəzetinin jurnalisti Anatol Lieven qırğın yerində gördüklərini belə izah edib: "İki qrup – görünür, iki ailə yan-yana uzanmışdı - qadınların əlləri uşaqları gizlətməyə çalışırdı. Bəziləri, həmçinin balaca bir qız, başlarından dəhşətli yaralanmışdı: əslində yalnız üzləri qalmışdı. Sağ qalanlar ermənilərin yerdə uzananları belə atəşə tutduqlarını deyirdi".

“The New York Times” qəzetinin yazdığına görə, “Reuters”-in fotoqrafı Frederika Langen Ağdam yaxınlığında azərbaycanlıların cəsədləri ilə dolu iki yük maşını görüb. Bu maşınlardan birində 35 cəsəd sayıb. İkincisi də eyni idi. Onun sözlərinə görə, hamısı kişilər idi, bəzilərinin başları kəsilmiş ya da yandırılmışdılar.

“Известия” qəzetinin müxbiri Vadim Belıx bunları deyib: “Vaxtaşırı, əsirlikdə olanlarla dəyişdirilən qurbanların cəsədləri Ağdama gətirilirdi. Ancaq kabusda belə görünməyəcək dəhşət idi: gözlər oyulmuş, qulaqlar kəsilmiş, baş dəriləri soyulmuş, başlar kəsilmiş... Vəhşiliyin həddi yox idi."

Vertolyot pilotu mayor Leonid Kravts deyirdi: “26 fevralda yaralıları Xankəndidən çıxarıb Əsgəran qapılarından keçməklə geri qayıdırdım. Yerdəki bəzi parlaq ləkələr diqqətimi çəkdi. Enməyə başladım, sonra uçuş mexanikim qışqırdı: "Bax, orada qadınlar və uşaqlar var." Bəli, mən özüm də yamac boyunca səpələnmiş iki yüzə yaxın şəhid gördüm. Sonra cəsədləri götürmək üçün uçduq. Yerli polis kapitanı da yanımızda idi. Orada dörd yaşlı oğlunun kəllə sümüyünü görüb dəli oldu. Qadınların, uşaqların və yaşlı insanların hər yerdə kəsilmiş cəsədlərini görürdüm."

Şahidlər var ki, ermənilər hətta ölüləri də alçaldırdılar. Buna görə jurnalist Çingiz Mustafayev “Известия” qəzetinə bildirirdi ki, 28 fevralda ilk səfərində qətliam yerində çox sayda öldürülmüş insanlar var idi və 2 martda çoxlu sayda cəsəd xarab olmuşdu. Bundan əlavə, qırğından xilas olmağı bacaran 2213 nəfər rəsmi ifadələr verərək, erməni quldurlarının hamını: qadınları, uşaqları və qocaları yaxın məsafədən vurduqlarını deyirdilər.

Bu dəhşətli faciənin baş verməsi və birinci Qarabağ müharibəsində ən şiddətli faciə olmasını soyqırımı törədənlərin Xocalı hadisəsindən sonra müxtəlif illərdə mətbuatda verdikləri açıqlamalar da sübut edir.

Məsələn, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan mətbuata verdiyi açıqlamada Xocalıdan əvvəl azərbaycanlıların ermənilərin mülki şəxslərə hücum etməyəcəyini düşündüklərini söylədi: “Bu stereotipi qıra bildik. Xocalıda baş verənlərə görə təəssüflənmirəm. Minlərlə insan ölsə belə, belə bir qırğın lazım idi". Xatırladaq ki, Serj Sarkisyan həmin dövrdə Xocalıya hücum edən Dağlıq Qarabağın separatçı erməni özünümüdafiə qüvvələri Komitəsinin rəhbəri idi və azərbaycanlılara qarşı soyqırımı həyata keçirən cinayətkarlardan biri idi.

Erməni yazıçı-jurnalist David Xerdiyanın “Xaç uğrunda” kitabında da yazır ki, 2 martda “Qaflan” adlı erməni qruplaşması cəsədləri yandırdı: “Qruplaşma azərbaycanlıların cəsədlərini yığıb Xocalıdan bir kilometr aralıda ayrı-ayrı hissələrdə yandırdı. Son yük maşınında baş və qol zədəsi olan 10 yaşlı bir qız gördüm. Yavaş-yavaş nəfəs alırdı. Soyuğa, aclığa və ağır yaralanmasına baxmayaraq, hələ də sağ idi. Ancaq Tiqranyan adlı əsgər onun qulaqlarından tutaraq mazut tökülmüş meyitlərin içinə atdı. Sonra onları yandırdılar. Alovdan kömək istəyənlərin ah-nalə və fəryad səsləri eşidilirdi".

David Herdiyan daha sonralar bildirib: “Soyuq bir səhər Daşbulaq yaxınlığındakı bataqlığı keçmək üçün ölülərdən bir körpü tikməli idik. 9-11 yaşlı bir qızın sinəsinə ayağımı qoyub getdim. Ayaqlarım və şalvarım qan içində idi”. Qondarma “dağlıq qarabağ respublikasının” qondarma təhlükəsizlik şurasının keçmiş rəhbəri Vitali Balasanyan da müsahibəsində azərbaycanlıları etnik zəmində qətlə yetirdiyini dəfələrlə etiraf edib. Qeyd etmək lazımdır ki, ermənilər onu milli qəhrəman hesab edirlər. Digər bir “milli qəhrəman” Zori Balayan 1996-cı ildə nəşr etdirdiyi kitabında Xocalıda azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qaldığını etiraf edib. "Xaçaturla mən ələ keçirilmiş evlərdən birinə girəndə əsgərlərimiz 13 yaşlı bir türkü pəncərəyə mismarladı. Uşağın qışqırmasının qarşısını almaq üçün Xaçatur anasının kəsilmiş döşünü ağzına saldı. Sonra atasının uşaqlarımıza etdiyini bu 13 yaşlı türkə etdim. Qarnının, başının və sinəsinin dərisini soydum. Saata baxdım, 7 dəqiqədən sonra uşaq qan itirərək öldü. İlk peşəm üzrə həkim olduğum üçün humanist idim. Bu uşaqla etdiyimə görə özümü xoşbəxt hesab etmirdim. Ancaq xalqımın ən azı 1% qisasını aldığım üçün ruhumu sevinc bürüdü. Sonra Xaçatur öldürülən uşağın cəsədini parçaladı və onunla eyni kökdən olan köpəklərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağı ilə etdik."

Ermənistanın digər keçmiş prezidenti Robert Köçəryan ermənilər və azərbaycanlıların genetik uyğunsuzluğu olduğunu deyib ki, bu da öz-özlüyündə Nasizmin təzahürüdür. Baxın, bütün bu şəxslər Ermənistanda hörmətli insanlar sayılırlar. Yalançı vətənpərvərlikləri ilə beyinləri dolduraraq öz rəhbərlikləri altında fəaliyyət göstərən sadə erməniləri cinayətkar, qatil etdilər.

Ermənilərin Xocalıda soyqırım törətdikləri barədə daha bir fakt var. Qondarma dqr-in səlahiyyətliləri şəhər sakinlərini səsgücləndirici vasitə ilə hücumla əlaqədar xəbərdar etdiklərini və evakuasiya dəhlizinin hazırlandığını bildiriblər. Lakin sağ qalanların heç biri bunu təsdiqləməyib. Eyni məlumatların əks olunduğu broşürlərin bir neçə gün ərzində şəhərdəki vertolyotdan atıldığını da deyiblər, amma heç kim onları da görməyib. Üstəlik, faciədən sonra beynəlxalq mütəxəssislər tərəfindən aparılan araşdırmalar vərəqələrlə bağlı heç bir izə rast gəlməyib.

Bütün bunlar, həm də hücumun qəsdən gizlədilərək əhali üçün birdən-birə törədilməsi məqsədi daşıdığını göstərir.

Rəsmi Bakı bəyan edib ki, Xocalıdakı hadisələr 1949-cu il Cenevrə Konvensiyasının, BMT-nin Soyqırımı Cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyasının, Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Paktın, Birləşmiş Millətlər Təşkilatının İşgəncələrə və digər qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyası və Uşaq Hüquqları Konvensiyasının ciddi şəkildə pozulmasıdır.

Azərbaycanlılara qarşı törədilən Xocalı soyqırımının dünyada tanınmasında 2008-ci ildən bəri həyata keçirilən "Xocalıya Ədalət" beynəlxalq kampaniyasının da rolunu vurğulamaq lazımdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı bu beynəlxalq kampaniyanın uğurlu icrası nəticəsində dünyanın bir çox ölkəsi qısa müddətdə Xocalıdakı hadisələri soyqırımı kimi tanıdı, digərləri bu hadisələri pislədi və Azərbaycanla həmrəy olduqlarını bildirdilər, bu mövzuda müxtəlif qərarlar qəbul edildi.

Beləliklə, Pakistan və Sudan Xocalıdakı hadisələri birmənalı olaraq pislədi, Meksika, Kolumbiya, Çex Respublikası, İordaniya, Peru, İtaliya və digər ölkələrin parlamentləri qətliamı pisləyən qərarlar qəbul etdi. Buraya ABŞ-ın 20-dən çox ştatı da daxildir.

Hazırda, kampaniya uğurla davam etdirilir və hər il soyqırımın daha geniş kütləyə tanıdılması istiqamətində müsbət nəticələr əldə edilir. Bu illər ərzində Azərbaycan xalqı beynəlxalq təşkilatlardan və məhkəmələrdən 29 il əvvəl Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətmiş bütün erməni cinayətkarlarının müəyyənləşdirilməsini və insanlıq əleyhinə törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb olunmalarını istəyir və eyni zamanda tələb edir.




Baxış sayı: 808
Medianın İnkişafı Agentliyi Bəyanat yayıb Dünən, 19:00 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib Dünən, 17:00 Azerbaijan’s Media Development Agency issues statement Dünən, 16:00 “Millət fədaisi: Y.V.Çəmənzəminli irsinin izində” kitabının təqdimatı olub Dünən, 15:30 Prezident İlham Əliyev Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı Sərəncam imzalayıb Dünən, 15:30 6 ayda azad olunmuş ərazilərə ayrılan vəsaitin həcmi açıqlanıb Dünən, 12:00 Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi- VİDEO Dünən, 09:30 Malta Prezidenti Xocalı soyqırımına həsr olunmuş Reza Deqatinin fotosərgisini ziyarət edib Dünən, 09:30 Böyük Britaniya “Stone Cloak” sisteminin texnologiyasını Ukraynaya verəcək Dünən, 09:00 ABŞ İsrail qoşunlarının Qəzza, Suriya və Livandan çıxarılmasında israrlıdır Dünən, 09:00 Bəyaz Aslanın Qələbə Salnaməsi 26-07-2026, 20:30 Ruhun Bayraqla Yüksəlişi 26-07-2026, 19:30 ABŞ–İran müharibəsi aylarla davam edə bilər 26-07-2026, 09:30 Beynəlxalq iqlim toplantısında COP31 gündəliyi üzrə müzakirələr aparlılb 26-07-2026, 08:30 BMT: Hörmüz boğazında 6 minə yaxın dənizçi təxliyə gözləyir 25-07-2026, 15:30 Səfir: Süni intellekt sahəsində Çin-Azərbaycan əməkdaşlığı böyük potensiala malikdir 25-07-2026, 14:30 "ABŞ Konqresinin düzəlişi Azərbaycan-Ermənistan normallaşma prosesinə mənfi təsir göstərə bilər" - TÜRKPA 25-07-2026, 12:00 ABŞ konqresmenləri erməni lobbi qruplarının təsiri altında qərarlar qəbul etmək praktikasından əl çəkməlidirlər 24-07-2026, 17:30 “Kapitan və Xəzər dənizi” sənədli filmi beynəlxalq festivalda 24-07-2026, 17:30 Şuşada IV Beynəlxalq Elmi Araşdırmalar Konqresi təşkil edilib 24-07-2026, 14:30 “Qərbi Azərbaycana həsr olunan növbəti televiziya verilişi uğurla davam etdi” Əkrəm Bəydəmirli 24-07-2026, 11:00 Cəbrayıl, Ağdərə və Xocalıya köç karvanı yola salınıb 24-07-2026, 10:30 Bu bölgədə zəlzələ qeydə alınıb 24-07-2026, 09:00 Dövlətçiliyə, elmə və el-obaya həsr olunmuş ömür yolu 24-07-2026, 09:00 Cəbrayıl rayonunda mina partlayışı baş verib, traktorçu xəsarət alıb 23-07-2026, 21:00 Gürcüstan Azərbaycan ilə əlaqələri daha dərindən inkişaf etdirmək istəyir 23-07-2026, 17:30 Georgian PM: We want to develop relations with Azerbaijan even further 23-07-2026, 17:30 Şuşada yaradılan “Kitab dayanacağı” sakinlərin və qonaqların marağına səbəb olub 23-07-2026, 16:30 Поэзия Хуршидбану Натаван и литературная среда «Меджлиси-унс» 23-07-2026, 14:30 "Böyük amallar və arzular şairi" kitabı işıq üzü görüb 23-07-2026, 11:00
Köşə yazarları
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031