ATƏT PA-nın bu gün işə başlayan qış sessiyasında erməni nümayəndə heyətinin rəhbəri Hayk Koncaryanın növbəti dəfə Azərbaycana böhtan atmağa çalışaraq müharibə vaxtı guya terrorçulardan istifadə olunması haqqında ittiham irəli sürüb.
“Ermənistan axırıncı ölkədir ki, anti-terror fəaliyyətindən bəhs edə bilər. Çünki bu dövlət rəsmi şəkildə terroru dəstəkləyən və təşviq edən ölkədir. Ermənistan Azərbaycanda çoxlu sayda terror aktı törədib, indi isə Azərbaycana qarşı yalan məlumatlar yaymaqla məşğuldur.
Bildirmək istəyirəm ki, Azərbaycan heç vaxt terrorçuları hərbi əməliyyatlara cəlb etməyib. Buna heç vaxt ehtiyac olmayıb və bu barədə heç bir sübut da yoxdur. Ancaq, Ermənistanın müharibə vaxtı Azərbaycana qarşı çoxlu sayda muzdluları cəlb etməsi bir faktdır və bununla bağlı kifayət qədər sübutlar var. Lakin Ermənistan döyüş meydanında ağır şəkildə məğlub olduqdan sonra ölkəmiz haqqında bu cür əsassız şayiələr yaymağa başladı.
Bildirmək istəyirəm ki, bu yalanlar Ermənistana heç bir fayda gətirməyəcək. Mən ATƏT PA-nın müvafiq qurumlarını Ermənistanın bu qanunsuz hərəkətlərinə qiymət verməyə çağırıram. Ermənistan nümayəndə heyəti çıxışlarında ehtiyatlı olmalı, yalan məlumat yaymağı dayandırmalı, etik qaydalara və parlament dilinə əməl etməlidir", - deyə A.Quliyev bildirib.(Modern.az)
Baxış sayı: 760
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

