FACT-INFO.AZ » XƏBƏR » Azərbaycan səfirinin İtaliya mətbuatında geniş müsahibəsi dərc olunub
22-02-2021, 13:50 | XƏBƏR
Azərbaycan səfirinin İtaliya mətbuatında geniş müsahibəsi dərc olunub

Fact-info.az 525.az-a istinadən xəbər verir ki, diplomat müsahibəsində ölkəmizin geostrateji mövqeyi, regional liderliyi, hazırda istər Şərq-Qərb, istərsə də Cənub-Şimal dəhlizlərinin kəsişməsində mühüm körpü olduğunu bildirib. Azərbaycanın, həmçinin zəngin təbii ehtiyatlara, böyük iqtisadi potensiala malik olduğunu, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmiryolu kimi vacib strateji enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və iştirakçısı olduğunu, bu layihələrin bütün iştirakçı ölkələrin sabitliyi, inkişafı və əməkdaşlığı üçün mühüm rola malik olduğunu qeyd edib.

Müsahibəsində diplomat 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının işğalına son qoyulduğu, işğal dövründə həmin ərazilərdə Ermənistan tərəfindən bütün infrastrukturun məhv edildiyi və Azərbaycan xalqının tarixi və mədəni irsinin talan edildiyi və yerlə yeksan edildiyini bildirib. Həmin ərazilərdə infrastrukturun bərpası və azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün lazımi şəraiti yaratmaq məqsədilə genişmiqyaslı yenidənqurma işlərinə başlanıldığını deyən diplomat Prezident İlham Əliyevin "Qarabağı cənnətə çevirəcəyik" fikirlərinə istinad edib.

Diplomat qeyd edib ki, Azərbaycan öz torpaqlarını azad edərək tarixi ədaləti bərpa etdi, lakin ədalətin tam təmin olunması üçün torpaqlarımızın işğalı zamanı, habelə 29-cu ildönümü 26 fevralda anılacaq Xocalı soyqırımı zamanı azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş müharibə cinayətlərinin səbəbkarlarının məsuliyyətə cəlb olunması, eləcə də son hərbi əməliyyatlarda kasetli bombalarla Gəncə, Bərdə, Tərtər və Azərbaycanın digər yaşayış məntəqələrinə hücumlar edərək 100-dən çox mülki şəxsin ölümünə və 420-dən çox mülki şəxsin yaralanmasına səbəb olmuş hücumların qınanılması vacibdir. Çünki, cəzasızlıq yeni cinayətlərə yol açır.

M.Əhmədzadə uzun ayrılıqdan sonra Şuşamıza qovuşmağın necə bir hiss olduğunu sözlə ifadə etməyin çox çətin olduğunu, Şuşanın Azərbaycan xalqı üçün mənəvi və milli qürur məsələsi olduğunu, Azərbaycanın tarixi və mədəni irsinin ən çox cəmləşdiyi mərkəzlərimizdən biri olduğunu, işğal zamanı bu irsin məhv edildiyi və onun mənşəyinin dəyişdirilməsinə cəhd edildiyini deyib. Diplomat qeyd edib ki, Prezident İlham Əliyev Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib, böyük bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi nəticəsində şəhər tezliklə əvvəlki görkəminə qaytarılacaqdır.

“Bu ərazilərin Ermənistan tərəfindən 30 illik işğalı zamanı məhv edilməsi Ermənistan tərəfindən işğalın etirafıdır. Bu ərazilər tarixən mənsub olduğu Azərbaycan tərəfindən azad edildi və ölkəm bu əraziləri işğaldan əvvəl olduğundan daha gözəl vəziyyətə gətirəcəkdir. İşğalçı dövlət ilə torpağın həqiqətən mənsub olduğu dövlət arasındakı fərq budur”, deyə diplomat bildirib.

M.Əhmədzadə, həmçinin Azərbaycanın müstəqil xarici siyasət yürütdüyünü, regionda yaxşı qonşuluq siyasətini təşviq etdiyini və əsas qlobal oyunçularla möhkəm əlaqələr saxladığını, xarici siyasətimizin əsasında milli maraqlarımızın qorunmasının dayandığını bildirib. Azərbaycanın İtaliya da daxil olmaqla Aİ üzvlərinin təxminən 1/3 hissəsi ilə strateji tərəfdaşlıq sənədləri imzaladığını, Asiya ölkələri ilə əlaqələri inkişaf etdirdiyini, İslam Əməkdaşlıq Təşkilatı və Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatı çərçivəsində ölkəmizin fəal rola malik olduğunu vurğulayıb. Diplomat qeyd edib ki, beynəlxalq hüquqa, suverenlik, ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət, bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq Azərbaycanın digər ölkələrlə və beynəlxalq təşkilatlarla münasibətlərinin əsasını təşkil edir.

Jurnalistin Azərbaycanın İsrail ilə münasibətlərinə və ölkəmizdə mövcud olan yəhudi icmasına dair sualını cavablandıran diplomat ölkəmizin İsrail ilə yaxın əlaqələrə malik olduğunu və bu əlaqələrin siyasi, iqtisadi, texnologiya, səhiyyə kimi bütün sahələri əhatə etdiyini bildirib. Əlavə edib ki, Azərbaycanın multikulturalizm modeli kontekstində yəhudi icmasının əhəmiyyətli rolu vardır, bu icma ölkəmizdə uzun tarixə malikdir və ölkəmizin inkişafına töhfələr vermişdir. Yəhudi icmasının ölkəmizin müxtəlif bölgələrində yerləşən çox sayda sinaqoqlar, mədəniyyət mərkəzləri və məktəblərdən ibarət və Azərbaycan dövlətinin xüsusi diqqətində olan zəngin mədəni irsə malik olduğunu, Azərbaycandakı yəhudi icmasının, xüsusən dağ yəhudilərinin əsas mərkəzlərindən biri olan Quba rayonundakı Qırmızı Qəsəbənin Azərbaycanda müxtəlif dinlərin dinc şəkildə yanaşı yaşamasının təzahürü olduğunu deyib.

Diplomat müsahibəsində Azərbaycan və İtaliya arasında mövcud strateji tərəfdaşlıqdan, Prezident İlham Əliyevin İtaliyaya 2020-ci ilin fevral ayında tarixi dövlət səfərinin və bu səfər zamanı “Çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”nin imzalanmasının bu tərəfdaşlığın daha da güclənməsinə təkan verdiyindən danışıb. “Tərəfdaşlığımız siyasi sahədə çox dinamikdir: bu baxımdan xatırlatmaq istərdim ki, Avropa ölkələri arasından məhz ilk olaraq İtaliyadan həm parlament, həm də hökumət nümayəndə heyətləri ötən ilin dekabrında müharibədən sonra ölkəmizə, o cümlədən işğaldan azad edlmiş ərazilərimizə səfər etmişlər”, deyə diplomat bildirib.

İqtisadi sahəyə gəldikdə isə İtaliyanın ölkəmizin əsas ticarət tərəfdaşı olduğunu, Azərbaycanın uzun illərdir ki, İtaliya üçün əsas xam neft təchizatçısı olduğunu və bu yaxınlarda Cənub Qaz Dəhlizinin son hissəsi olan TAP-ın fəaliyyətə başlaması ilə İtaliyaya qaz tədarükçüsünə çevrildiyini, bu layihənin İtaliyanı Avropa üçün mühüm enerji mərkəzinə çevirdiyini, həm də Azərbaycanın İtaliya ilə tərəfdaşlığı və bütün Avropa qitəsi ilə münasibətləri üçün mühüm bir uğur olduğunu vurğulayıb.

Diplomat iki ölkə arasında humanitar sahələrdə də sıx gündəliyin olduğunu, İtaliyada Azərbaycan həqiqətlərinin və mədəniyyətinin tanıdılması üçün çoxsaylı tədbirlərin, konsert, sərgi, ənənəvi kino və mətbəx festivallarının keçirildiyini, kitabların dərc edildiyini, bu çətin pandemiya mərhələsi bitdikdən sonra yenidən tədbirlərin təşkilinə davam ediləcəyni bildirib. Hazırda isə təhsil sahəsində ortaq təşəbbüs olan Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılması üzərində iş aparıldığını və ölkələrimizi uzun illər bir-birinə bağlayacaq bu layihənin çoxölçülü strateji tərəfdaşlığımızın gücləndirilməsinə xidmət edəcəyini vurğulayıb.

Müsahibə ilə aşağıdakı keçid vasitəsi ilə tanış olmaq mümkündür:

https://www.vocerepubblicana.it/2021/02/19/dialoghi-geopolitici-a-colloquio-con-lambasciatore-della-repubblica-dellazerbaigian-in-italia-sua-eccellenza-mammad-ahmadzada/




Baxış sayı: 741
Şəfa verən əllər – Kamil Bəkirov Bu gün, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Bu gün, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Bu gün, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Bu gün, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Bu gün, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Bu gün, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb Dünən, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub Dünən, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib Dünən, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir Dünən, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans Dünən, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram Dünən, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib Dünən, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib Dünən, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb 16-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031